İlin birinci yarısında hakerlər 1.38 mlrd. dollarlıq kriptovalyuta oğurlayıblar
2024-cü ilin birinci yarısında hakerlər tərəfindən oğurlanan kriptovalyutanın məbləği ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 1.38 milyard dollar təşkil edib.
Kibercinayətkarlar tərəfindən oğurlanan bütün kriptovalyutaların təxminən 70%-i beş ən böyük hücumdan qaynaqlanır. Eyni zamanda, bu il oğurlanan rəqəmsal vəsaitlərin miqdarı 2022-ci ilin ilk altı ayında oğurlanan rekord 2 milyard dollardan azdır. 2024-cü il kriptovalyutaların rekord kotirovkaları üçün əlamətdar olub – sonuncu dəfə bu, 2021-ci ilin ikinci yarısında müşahidə olunub.
Rəqəmsal aktivlərin oğurlanmasının ən çox yayılmış üsulu şəxsi açarlara icazəsiz giriş olub. Bu ilin ən böyük hücumu Yaponiyanın kriptovalyuta birjası "DMM Bitcoin"ə edilib – insident nəticəsində dəyəri 300 milyon dollardan çox olan 4500-dən çox token oğurlanıb. / banker.az
"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
"Bitcoin" yenidən 76 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə artım müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,76% bahalaşaraq 76 383,51 ABŞ dollarına yüksəlib
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08