"İndiyənədək Azərbaycanda 930 milyon manatadək güzəştli ipoteka verilib"

Bu ilin əvvəlindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xəttilə 225,4 milyon manat ipoteka krediti verilib ki, bu da 2 489 ailənin mənzil şəraitini yaxşılaşdırmağa imkan verib.
Bunu İKZF-nin İpoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov "AzTV" telekanalında yayımlanan "İqtisadiyyat xəbərləri" verilişində deyib.
Onun sözlərinə görə, Fondun xətti ilə indiyənədək 50 300-dən çox ailə öz mənzil şəraitini yaxşılaşdırıb: "Həmin şəxslərə verilən ipoteka kreditlərinin ümumi məbləği 3 milyard 100 milyon manat təşkil edir. Verilən kreditlərin 78 %-i Bakı şəhərinin payına düşüb. Bu vaxta qədər güzəştli ipotekadan 16 600 nəfər yararlanıb. Onlar 930 milyon manatadək güzəştli ipoteka ilə təmin ediliblər".
İ. Kələşov qeyd edib ki, satma öhdəliyi ilə kirayə mənzil mexanizmindən istifadə edənlərin sayı isə 5 minə çatıb: "Bu mexanizm vasitəsilə mənzilə sahib olan şəxslərlə 4 725 kirayə müqaviləsi bağlanılıb".
Xatırladaq ki, 2023-cü ildə ipoteka kreditləri hesabına 3 800-dən çox şəxsə 349 milyon manat məbləğində adi ipoteka kreditləri verilib. Bu il isə təqribən 350 milyon manat məbləğində adi ipoteka kreditlərinin verilməsi planlaşdırılır.
© Report

Banklar     Tarix: 28 iyun 2024

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler iqtisadiyyat xeberleri dollar kursu bu gunun xeberleri pul qazanmaq