İngilis avtomobilləri: məşhur markalar və onların tarixi

İngilis avtomobilləri: məşhur markalar və onların tarixiİngilis avtomobilləri – ağlımızda qarışıq assosiasiyalar yaradan bir ifadədir. Bir tərəfdən, britaniyalılar həmişə dəbli və bahalı avtomobillər yaratmaqda mahir olublar, amma digər tərəfdən, bir çoxumuz ingilis avtomobilləri haqqında müxtəlif miflər eşitmişik. Bu səbəbdən Britaniya brendlərinin əksər bahalı avtomobilləri təkrar bazarda dəyərini çox tez itirir. Ancaq eyni zamanda, bütün çatışmazlıqlara baxmayaraq, bir çoxları üçün onlar hələ də xəyalların mövzusu olaraq qalır.
Britaniya istehlakçıları həmişə vətəndə sabit tələbata malik olublar, lakin onlar üçün xarici avtomobillərə müqavimət göstərmək və ixrac bazarlarında alıcıların ürəyi uğrunda mübarizə aparmaq çox çətin olub. Nəticə etibarilə, son 130 ildə əsası qoyulmuş 500-dən çox Britaniya brendindən yalnız bir neçəsi bu günə qədər sağ qalıb.
Aston Martin
Demək olar ki, 110 illik tarixi ərzində "Aston Martin" dəfələrlə sahibini dəyişib və hətta iflas prosedurundan keçib. Lakin bu, onun "Lagonda" sedanı kimi cəsarətli layihələr yaratmağa və qlobal elektrikləşmə dövründə güclü benzin mühərrikli klassik modellərə sadiq qalmağa mane olmayıb.
Bu gün şirkət sportkarlar (DB11 və DBS), hiperkarlar (Valkyrie), o cümlədən krossoverlər (DBX) buraxır. Qeyd edək ki, "Aston Martin" də tədricən iri mühərriklərdən imtina edərək hibrid elektrik modellərə keçməyə məcbur olub.
İngilis avtomobilləri: məşhur markalar və onların tarixiBentley
1919-cu ildə əsası qoyulan "Bentley" ömrünün çox hissəsini iki marka altında lüks avtomobillər istehsal edən "Rolls-Royce"a məxsus olub. "Bentley" markası mühafizəkar "Rolls-Royce" markasından fərqli olaraq idman imicinə malik olduğundan, korporativ iyerarxiyada həmişə bir pillə aşağı dayanıb. 1990-cı illərin sonunda iki şirkətin yolu ayrılıb: "Bentley" "Volkswagen"ə, "Rolls-Royce" isə "BMW"yə keçib.
Bu gün "Bentley" markası "Audi"nin idarə etdiyi daxili bölmənin bir hissəsidir.
İngilis avtomobilləri: məşhur markalar və onların tarixiCaterham
"Caterham" şirkətinin tarixi 1950-ci illərin sonlarından başlayıb. İnkişafının ilk mərhələlərində istehsalçı "Lotus" adlı minik idman avtomobillərinin satışı ilə məşğul olub. Şirkət Britaniyada kit-karları (konstruksiya cəhətdən sadə olan avtomobillər) populyarlaşdıran istehsalçılardan biri olub.
Əslində, bu model hələ də "Caterham"ın avtomobil xəttinin əsasını təşkil edir. Eyni zamanda, şirkət avtomobili fərdiləşdirməyə imkan verən unikal təkliflər yaradıb. Və görünür, önümüzdəki illərdə "Caterham" bu konsepsiyaya sadiq qalmağı düşünür.
İngilis avtomobilləri: məşhur markalar və onların tarixiJaguar Land Rover
Zahirən bir-birinə bənzəməyən "Jaguar" və "Land Rover" markalarının hekayələri də müxtəlif dövrlərə təsadüf edir. "Jaguar" adı ilk dəfə 1930-cu illərin ortalarında bahalı idman avtomobilləri istehsal edən "SS Cars" avtomobilləri sırasında səslənib. Untilitar "Land Rover" isə müharibədən sonrakı dövrdə, Britaniyanın sadə dörd təkərli maşınlara ehtiyac duyduğu bir vaxtda meydana gəlib.
Uzun müddət iki şirkətin bioqrafiyası bir-birindən asılı olmayaraq inkişaf edib. 2008-ci ildə "Jaguar" və "Land Rover" Hindistan konserni "Tata"nın idarəçiliyi altına keçib və beş il sonra "Jaguar Land Rover"ə birləşib.
İngilis avtomobilləri: məşhur markalar və onların tarixiMcLaren
"McLaren"in əsası 1985-ci ildə qoyulmasına baxmayaraq, onun ilk yol avtomobili mühəndis Qordon Mürreyin üzərində işlədiyi üçyerlik  "McLaren F1" 1992-ci ildə debüt edib.
Şirkətin tarixindəki cari fəsil 2011-ci ildə yeni "MP4-12C" modeli ilə başlayıb. Bu gün "McLaren" əsasən "GT" və "Artura" sportkarlarını, "720S" və "765LT" superkarlarını v "Ultimate" modelini istehsal edir. Təəssüf ki, ingilis avtomobil istehsalçılarının əksəriyyəti uzun fasilədən sonra bu seqmentdə nəinki uğur qazana, hətta əvvəlki mövqeyinə belə qayıda bilmir.
İngilis avtomobilləri: məşhur markalar və onların tarixiMorgan
1910-cu ildə əsası qoyulan "Morgan" 1930-cu illərə qədər dizaynları ilə dünyanın ən mühafizəkar avtomobil istehsalçılarından biri olub. Son bir neçə ildə kuzov karkasında həqiqi ağac elementləri olan platformanı alüminium arxitektura əvəz edib və artıq taxtadan yalnız bəzək kimi istifadə olunur.
"Morgan" dünyanın müxtəlif biznes sektorlarından iyirmiyə yaxın firmanın səhmlərinə sahib olan "Investindustrial" şirkətinə məxsusdur.
İngilis avtomobilləri: məşhur markalar və onların tarixiRolls-Royce
Milyonlarla avtomobil həvəskarı üçün gerçəkləşməyən arzu olan avtomobil 1904-cü ildə Çarlz Stüart Rolls və Frederikin əməkdaşlığı ilə yaradılan "Rolls-Royce" sayılır.  Qeyd edək ki, inkişafının ilk illərindən sonra şirkət onilliklər boyu təyyarə mühərrikləri istehsal edib.
Bununla belə, "Rolls-Royce", əlbəttə ki, avtomobillər də buraxıb. Xatırladığımız kimi, 1931-ci ildən bəri konsern "Bentley" ilə birləşib. 1970-ci illərin əvvəllərində şirkət yüksək xərclər səbəbindən maliyyə çətinliyi ilə üzləşib. Bu gün "Rolls-Royce" istehsalını qismən "BMW" ilə bölüşür.
İngilis avtomobilləri: məşhur markalar və onların tarixi/ banker.az

Maraqlı     Tarix: 03 dekabr 2022

Oxşar xəbərlər

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə


iqtisadi xeberler kripto internetden pul qazanmaq en son xeberler biznes krediti