İnvestorlar 24 saat ərzində "Binance"dən 790 mln. dollardan çox pul çıxarıblar
Son 24 saat ərzində investorlar dünyanın ən böyük kriptovalyuta birjası "Binance"dən 790 milyon dollardan çox vəsait çıxarıblar. Bazar ertəsi günü ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) "Binance" və onun təsisçisi Changpeng Zhaoya qarşı iddia qaldırıb.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Onlar mübadilə fəaliyyəti, broker və klirinq xidmətlərini həyata keçirmək üçün standart lisenziya olmadan fəaliyyət göstərmək və "Binance.US" saytı haqqında yalan iddialar irəli sürmək də daxil olmaqla 13 maddə üzrə ABŞ qanunlarını pozmaqda ittiham olunurlar.
SEC həmçinin ABŞ-ın ən böyük kriptovalyuta platforması olan "Coinbase"ə qarşı da iddia qaldırıb. O, lisenziyasız kriptovalyuta ticarətində ittiham olunur. "IG Markets"in analitiki Toni Sicamor deyir: "Bu, kriptovalyuta məkanına və dünya üzrə kriptovalyuta birjalarına daha bir zərbədir". Bazar ertəsi bitkoinin dollara nisbətdə məzənnəsi 5%, "Binance" tokenlərinin məzənnəsi isə 9.2% azalıb.
"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut
"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı
Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra zəif bərpa müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik qiymət itkisi yüksək olaraq qalır. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" 79 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,27% ucuzlaşaraq 78 785,49 ABŞ dollarına enib. "Ethereum"
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. "Bitcoin"in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58