İnvestorlar FED-in növbəti addımı ilə bağlı qərarsızdırlar - GÜNƏ BAXIŞ

İnvestorlar FED-in növbəti addımı ilə bağlı qərarsızdırlar - GÜNƏ BAXIŞABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) faiz dərəcələrini 0.25% artırma qərarından sonra dollar indeksi (DXY) günü enişlə tamamlayıb.
Qeyd edək ki, dünən keçirilən toplantıda FED ehtimal edildiyi kimi, uçot faiz dərəcəsini 22 ilin ən yüksək səviyyəsi olan 5.25 - 5.50% aralığına qaldırdı.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
FOMC-nin qərarında vurğulanıb ki, Komitə gələcək monetar siyasətini müəyyənləşdirərkən əlavə iqtisadi məlumatları və onların pul-kredit siyasətinə təsirlərini qiymətləndirməyə davam edəcək.
FED sədri Jerom Pavel mətbuat konfransında, - "İqtisadi şərtlər tələb edərsə, sentyabr ayında yenidən faiz artırmağın mümkün olduğunu söyləyə bilərəm. Faiz dərəcələrinin sabit saxlanmasını da istisna edə bilmərəm. Diqqətlə qərar verəcəyik." - ifadələrini işlədib.
İnflyasiyanın yenidən 2%ə endirilməsi prosesində çox uzun bir yol olduğuna diqqət çəkən Pavel, 2025-ci ilə qədər 2%-lik hədəf inflyasiyaya çata biləcəklərini ifadə edib.
Analitiklər hesab edirlər ki, Pavelin "məlumatlara bağlı" qalmağa vurğu etməsi investorları FED-in növbəti addımı ilə bağlı qərarsız qoyub.
Bu qərarsızlıq fonunda DXY yenidən 100 bənd dəstəyinə geri qayıdıb. 
Bugün açıqlananacaq Avropa Mərkəzi Bankının faiz qərarı, AMB sədri Kristin Laqardın çıxışı, Amerikada ÜDM-in həcmi kimi çox önəmli iqtisadi göstəricilər dollar indeksində tendensiyanın gedişinə ciddi təsir edə bilər. 
Qeyd edək ki, hazırda 100.86 bənd səviyyəsində qərarlaşan DXY-da "ayılar" qiyməti 100 bənd səviyyəsindəki psixoloji dəstək həddinin altına qaytara bilsələr, dollarda eniş tendensiyası dərinləşə bilər.
Məlumat İnvest-AZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 27 iyul 2023

Oxşar xəbərlər

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler leobank kart valyuta mezennesi valyuta kurslari telefonla pul qazanmaq