"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"

""PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklifi zamanı Bankın səhmlərinin təxminən 5 faizinin, yəni 932 min 926 ədəd adlı səhmin bazara təqdim olunması planlaşdırılır".
Marja.az xəbər verir ki, bunu ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif (beynəlxalq terminologiyada: IPO – Inital Public Offering) üsulu ilə yerləşdirilməsinə hazırlıq mərhələsinə dair mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bildiririb.
O, səhmlərin nominal qiymətilə bağlı qeyd edib: "Əvvəlki strukturda bir səhmin nominal dəyəri kifayət qədər yüksək idi (33 min 300 manat - red). Hazırda isə biz səhmlərin xırdalanması (split - bir şirkətin səhmlərinin sayını artıraraq qiymətinin düşürülməsi) prosesini aparırıq ki, nominal qiymət daha əlçatan səviyyəyə düşsün. Məqsədimiz nominal qiymətin təxminən 20 manat ətrafında formalaşmasıdır. Bu da daha geniş investor kütləsinin iştirakını təmin edəcək".
"Təklif qiymətinin formalaşdırılması istiqamətində işlər aparılır"
"PAŞA Bank"ın Baş maliyyə inzibatçısısı bildirib ki, hazırda emissiya prospektinin yekunlaşdırılması, səhmlərin qiyməti və digər şərtlərlə bağlı çərçivələrin formalaşdırılması istiqamətində işlər aparılır:
"Səhmlərin təklif qiyməti və digər şərtlər bazar şəraiti, investor maraqları, qiymətləndirmə nəticələri, beynəlxalq təcrübə və əməkdaşlıq etdiyimiz məsləhətçi qurumların tövsiyələri əsasında müəyyən ediləcək və növbəti mərhələdə ictimaiyyətə açıqlanacaq".
"Əsas prioritet Azərbaycan vətəndaşlarıdır"
Murad Süleymanov vurğulayıb ki, əsas hədəflərdən biri "PAŞA Bank"ın səhmlərinin geniş investor kütləsi, xüsusilə fərdi investorlar üçün əlçatan olmasıdır. Məhz buna görə satış prosesinin həm rəqəmsal, həm də fiziki kanallar vasitəsilə rahat şəkildə qurulması planlaşdırılır:
"Səhmlərin alınması "PAŞA Bank", "PAŞA Kapital", "BirBank", "Birİnvest" platformaları, eləcə də digər investisiya şirkətlərinin mobil tətbiqi vasitəsilə mümkün olacaq. Eyni zamanda, PAŞA Bank və Kapital Bank-ın filial şəbəkəsi vasitəsilə də səhmlərin əldə edilməsi təmin ediləcək.
İnvestor kütləsinə baxdıqda biz yalnız yerli investorları deyil, həm də xarici vətəndaşları, eləcə də hazırda xaricdə yaşayan və çalışan Azərbaycan vətəndaşlarını, həmçinin institusional investorları – hüquqi şəxsləri, bankları və maliyyə qurumlarını da nəzərdə tuturuq. Onların da bu prosesdə iştirakına imkan yaradılacaq. Xarici vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün də hüquqi baxımdan heç bir qadağa mövcud deyil. Bununla bağlı ətraflı məlumatı növbəti bir neçə həftə ərzində sizinlə daha detallı paylaşacağıq.
Bununla belə, bizim üçün əsas hədəf və prioritet Azərbaycan vətəndaşlarıdır. Məhz bu təbəqənin prosesdə fəal iştirakını təmin etmək üçün xüsusi səylər göstəririk. Qanunvericilik baxımından isə heç bir məhdudiyyət yoxdur. Bu mərhələdə təqdim edilən 5 faizlik səhm paketi yalnız Bakı Fond Birjası vasitəsilə, yəni yerli bazarda satışa çıxarılacaq".
"Səhmlərin iki-üç imkanlı investorun əlində cəmləşməsinə yol verilməyəcək"
Mətbuat konfransında bir daha təkrar edilib ki, struktur elə formalaşdırılacaq ki, kiçik məbləğlərlə də investisiya etmək mümkün olsun və İPO zamanı bazara təqdim ediləcək səhmlər yalnız bir neçə iri investorun əlində cəmləşməsinə -  iki-üç imkanlı investorun gəlib bütün 5 faizlik paketi almasına yol verilməsin. 
Prosesin mərhələləri ilə bağlı məlumatlar növbəti mərhələlərdə ictimaiyyətə açıqlanacaq.
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Murad Süleymanov qeyd edib ki, İPO sadə proses deyil:
"Bu, çoxmərhələli və mürəkkəb bir prosesdir və həm yerli, həm də beynəlxalq təcrübənin birgə tətbiqini tələb edir. Məhz bu səbəbdən biz bu prosesi yalnız yerli deyil, beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçiririk. İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir. "TBC Capital" Gürcüstanda investisiya bankçılığı sahəsində aparıcı mövqeyə malikdir, London Fond Birjasında listinq olunmuş "TBC Bank"ın investisiya bankçılığı üzrə ixtisaslaşmış struktur bölməsidir və Gürcüstan bazarında təxminən 54 faiz bazar payına sahibdir.
Hazırda beynəlxalq məsləhətçilərimiz və yerli komandamız gündəlik əsasda sıx əməkdaşlıq edir. Məqsədimiz beynəlxalq təcrübəni yerli reallıqlarla uzlaşdıraraq hər mərhələdə düşünülmüş və balanslı qərarlar qəbul etməkdir".
Vəsaitin cəlb edilmsində məqsəd
Murad Süleymanov İPO nəticəsində cəlb ediləcək vəsaitin hansı məqsədlə istifadə ediləcəyini də açıqlayıb: "Bu vəsaitlər kredit portfelinin genişləndirilməsinə, bankın biznes istiqamətlərinin inkişafına yönəldiləcək. Məqsəd bankın dayanıqlığını və rəqabət qabiliyyətini məhz sizinlə birlikdə daha da gücləndirməkdir.
Eyni zamanda, investisiya mühiti baxımından bir neçə əsas amili qeyd etmək istərdim. Birincisi, Azərbaycan bu gün sabit və proqnozlaşdırıla bilən makroiqtisadi və siyasi mühitə malikdir ki, bu da uzunmüddətli investisiyalar üçün mühüm şərtdir. İkincisi isə PAŞA Bank güclü, premium brendə, ekosistem əsaslı məhsul və xidmətlər təqdim edən aparıcı korporativ bank statusuna sahibdir.
Bu gün PAŞA Bank maliyyə baxımından sabit və dayanıqlı mövqeyə malik bir bankdır. Maliyyələşmə mənbələrimiz şaxələndirilib, kapital mövqeyimiz güclüdür, gəlir göstəricilərimiz sabitdir və dividend ödənişlərimiz davamlı xarakter daşıyır. Şəffaf və müasir korporativ idarəetmə sistemi bankın əsas üstünlüklərindən biridir".
"Planımız İPO-nu may ayında yekunlaşdırmaqdır"
"PAŞA Bank"ın Baş maliyyə inzibatçısıs deyib: "Planımız ondan ibarətdir ki, may ayının ortalarına qədər abunə yazılışını elan edib prosesi yekunlaşdıraq. Bu o deməkdir ki, İPO çərçivəsində nəzərdə tutulan 5 faizlik səhm paketi həmin vaxta qədər satılacaq. Bu isə avtomatik olaraq o deməkdir ki, 2025-ci ildə bankın əldə etdiyi mənfəətdən dividend ödənişində yeni səhmdarlar da iştirak edəcəklər. Əsas mesaj budur ki, yeni səhmdarlar 2025-ci ilin mənfəətindən faydalanacaqlar".
Həmçinin oxu
"PAŞA Bank"ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK

Banklar     Tarix: 29 yanvar 2026

Oxşar xəbərlər

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam


iqtisadi xeberler kripto bu gunun xeberleri rubl mezenne investisiya