İran bankının Bakı filialı ilk yarımildə 3.2 mln. xalis mənfəət əldə edib

İran bankının Bakı filialı ilk yarımildə 3.2 mln. xalis mənfəət əldə edib2025-ci ilin birinci yarısında "Bank Melli İran"ın Bakı filialının xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6.1% azalaraq 3 milyon 225 min manat təşkil edib. Halbuki 2024-cü ilin yanvar-iyun aylarında bank 3 milyon 437 min manat xalis mənfəət əldə etmişdi.
Banker.az bunu bankın yarım illik maliyyə hesabatına istinadən xəbər verir.
Bununla da yığılmış zərərin həcmi azalaraq 21 milyon 445 min manata düşüb.
2025-ci ilin ilk altı ayında bu göstərici 2 milyon 835 min manat səviyyəsində olub, bu da əvvəlki illə müqayisədə 13.6% artımdır. Müvafiq dövrdə 2024-cü ildə isə bu göstərici 2 milyon 403 min manat idi.
Faiz gəlirləri artaraq 2 milyon 835 min manata yüksəlib. Əvvəlki ildə bu göstərici 2 milyon 404 min manat idi. 2025-ci ildə bank faiz xərcləri çəkməyib.
Qeyri-faiz gəlirləri və xərcləri üzrə bəndlərdə fərqli dinamika müşahidə olunub. 2025-ci ildə aktivlər üzrə ehtiyatların yaradılmasına ayrılan məbləğ 1 milyon 129 min manat olub, bu isə əvvəlki illə müqayisədə 41% azalma deməkdir. Xarici valyuta üzrə yenidən qiymətləndirmə gəliri bu dövrdə 177 min manat olduğu halda, 2024-cü ildə 63 min manat zərər qeydə alınmışdı. Digər tərəfdən, inzibati xərclər artaraq 851 min manata çatıb, bu da ötən illə müqayisədə 12% artımdır.
2025-ci ilin ilk yarısında "Bank Melli İran"ın Bakı filialının aktivləri 123 milyon 768 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 4.7% artım deməkdir. Aktivlərdə əsas artım nağd vəsaitlər, banklardakı hesablar və investisiya portfelində müşahidə olunub. Müştəri hesabları da 2024-cü ilin sonu ilə müqayisədə 577 min manat artaraq 36 milyon 167 min manata yüksəlib. Bankın bölüşdürülməmiş zərəri isə 21 milyon 445 min manat olub ki, bu da illik müqayisədə 54% azalma deməkdir.
Doqquz həftə öncə Mərkəzi Bank tərəfindən açıqlanan məlumata görə, İran Milli Bankının Bakı filialı fəaliyyətini tam bərpa edib. Bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında "Bank Melli İran"ın Bakı filialında yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı.
İran bankının Bakı filialı ilk yarımildə 3.2 mln. xalis mənfəət əldə edibİran bankının Bakı filialı ilk yarımildə 3.2 mln. xalis mənfəət əldə edib

Banklar     Tarix: 08 iyul 2025

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq