İranın xarici banklardakı depozitləri azalıb
İranın xarici banklardakı depozitləri 5.3 milyard dollar azalaraq 12.7 milyard dollara düşüb.
Məlumatı Beynəlxalq Hesablaşmalar Bankı yayıb.
Bu, 2023-cü ilin sonuncu üç rübünün, martın 21-dən dekabrın 21-dək olan dövrün göstəriciləridir.
Bildirilib ki, bu müddət ərzində İranın xarici banklarda və maliyyə qurumlarında depoziti 12 milyard 763 milyon dollar olub. Bu isə 2022-ci ilin uyğun dövrü ilə müqayisədə 5.3 milyarda dollar azalma deməkdir.
Məlumata görə, hesabat dövründə xarici banklara depozitin 69 faizi, yaxud 8 milyard 803 milyonu avro, 433 milyonu isə dollarla qoyulub.
Qeyd edək ki, Beynəlxalq Hesablaşmalar Bankının baş ofisi İsveçrənin Bazel şəhərində yerləşir. Təşkilat ildə 4 dəfə beynəlxalq bankçılıq və maliyyə bazarlarında inkişafla bağlı hesabat hazırlayır. 63 ölkənin mərkəzi bankları bu maliyyə qurumunun üzvüdür. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Bill Qeyts kimdir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes plan necə yazılır?
SMM nə deməkdir?