İyunda əhalinin cəmi əmanətləri cüzi artıb
Azərbaycanda əhalinin əmanətləri cüzi artıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, fiziki şəxslərin banklardakı cəmi əmanətləri (əhalinin müddətli və tələbli əmanətləri, sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri) iyun ayında may ayı ilə müqayisədə 3 milyon manat artaraq 01 İyul 2022-ci il tarixində 10 milyard 596.2 milyon manat təşkil edib. 01 İyun 2022-ci il tarixində fiziki şəxslərin əmanətləri 10 milyard 593.2 milyon manata çatmışdı.
Əhalinin müddətli əmanətləri iyunda may ayı ilə müqayisədə 78.2 milyon manat artaraq 5 milyard 736.4 milyon manata yüksəlib, tələbli əmanətləri isə 88.6 milyon manat azalaraq 4 milyard 642.2 milyon manata düşüb. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 13,4 milyon manat artaraq 217.6 milyon manata yüksəlib.
Fiziki şəxslərin müddətli əmanətləri 2022-ci lin 6 ayında 397.4 milyon manat artıb. Fiziki şəxslərin müddətli əmanətləri 2022-ci lin 6 ayında 218 milyon manat artmışdı.
Expressbank Bərdədə 300 ağac əkib
Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət
Kino biletləri də ABB mobile tətbiqində
Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard