Kamran Rəhimli "Qeydiyyata alınmış rezidentlər tərəfindən 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur "

Kamran Rəhimli Ölkənin sənaye potensialının inkişaf etdirilməsinə mühüm töhfə verən sənaye zonalarına sahibkarların marağı artmaqda davam edir. Belə ki, 2024-cü ilin 7 ayında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 20 sahibkarlıq subyektinə rezident statusu verilib. Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 118 milyon manatdan çox investisiyanın yatırılması, 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Kamran Rəhimli bildirib.
Şöbə müdirinin sözlərinə görə cari ildə Sumqayıt Kimya Sənaye Parkında 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır: Bunlar tikinti kimyəvilərin və "IVECO" markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisələridir. Sözügedən müəssisələr tərəfindən Sumqayıt Kimya Sənaye Parkına 40 milyon manata yaxın investisiya qoyulması, 300-dən artıq əlavə iş yerinin yaradılması planlaşdırılır. Hər iki müəssisədə son tamamlama işləri aparılır, bu ilin sonlarına yaxın bu müəssisələrin fəaliyyətə başlamaları nəzərdə tutulur".
O həmçinin qeyd edib ki, bu müəssisələr rezidentlik statusu aldıqları andan etibarən sənaye parklarında sahibkarlar üçün təklif edilən güzəştlərdən yararlanırlar: Belə ki onlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin ediliblər. Eyni zamanda sənaye parkının digər rezidentləri kimi 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Qeyd edim ki hələ bu iki rezident tərəfindən tikinti işlərinin aparılmasına baxamayaraq bunlar tətbiq edilən güzəştlərdən ancaq idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində 2 milyon manata yaxın öz vəsaitlərinə qənaət ediblər".
Bundan başqa Kamran rəhimli əlavə edib ki, Sumqayıt Kimya Sənaye Parkına sahibkarlara tərəfindən maraq böyükdür. Parkın ərazisi dövlət başçısının müvafiq fərman və sərəncamları ilə mərhələlərlə artırılıb:
" Ötən ay (30 iyul) dövlət başçısının müvafiq sərəncamı ilə Parkın ərazisi 30 hektara yaxın artırılaraq 613 hektara çatdırılıb.
Bundan başqa ümumilikdə sənaye zonaları haqqında məlumat verim ki, 2013-cü ildən etibarən sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 500-dən çox daimi iş yeri yaradılıb. Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Belə ki, 2015-ci ildən 2024-ci ilin I yarımil ili də daxil olmaqla sənaye zonalarında 13,5 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,35 milyard manatlıq hissəsi ixrac edilib. Həmçinin 2024-cü ilin birinci yarımilində sənaye zonalarında 1,4 milyard manatlıq satış həyata keçirilib, bunun da 476,6 milyonluq hissəsi ixracın payına düşür.
Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,1%, ixracında isə 26,9% təşkil edib".

Biznes     Tarix: 16 avqust 2024

Oxşar xəbərlər

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı


iqtisadi xeberler biznes xeberleri bitcoin valyuta xeberleri bitkoin almaq