"Kapital Bank" bu bankları bazarda özünə əsas rəqib görür
"Kapital Bank" ASC Azərbaycanda fəaliyətdə olan və ona rəqib olan banklarının siyahısını açıqlayıb. Bank onları fəaliyyət sahəsindəki hər kateqoriya üzrə fərqləndirərək qruplaşdırıb.
Banker.az bunu bankın yayımladığı emissiya prospekti və ya informasiya memorandumuna istinad edir.
Azərbaycan ərazisində rəqabət apardığı əsas bankların siyahısına riteyl bankçılıq üzrə "Pasha Bank", "Azarbaycan Beynalxalq Bankı", "Bank of Baku", "Express Bank", "Rabitabank"dır. Korporativ, KOS va mikro bankçılıq üzrə isə bankın "Access Bank", "Respublika Bank", "Yelo Bank", "UniBank" və digər bankları aid etmək olar.
Qeyd edilir ki, son illər Azərbaycanda startap mühitinin formalaşması və inkişafı maliyyə xidmətlərinin göstərilməsində yeni innovativ həllər həyata keçirəcək həm banklar, həm də qeyri-banklar tərəfindən yeni rəqiblərin formalaşması imkanlarını artırır. Məhsul və xidmətləri qismən və ya daha az rəqəmsallaşdırılan rəqib banklar növbəti dövr üçün strateji baxışlarına bu istiqamətdə inkişafı daxil ediblər. Bank sektorunda kapital tələbinin olması, maliyyə xidmətləri və situasiyaları təklif edən gənc şirkətlərin bazara əsasən mövcud banklarla əməkdaşlıq çərçivəsində daxil olacağı gözlənilir. Xarici bazarlarda uğur qazanan FinTech şirkətlərinin Azərbaycanın bank-maliyyə sektoruna daxil olacağı da gözlənilir.

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Türk İnkişaf Bankı yaradıla bilər
Mcdonalds françayzinqi neçiyədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Biznes nədir və hansı növləri var?