Kapital Bank dünyaca məşhur "Federated Hermes Limited" şirkəti ilə əməkdaşlığa başladı
Ölkənin birinci bankı Kapital Bank dünyanın tanınmış investisiya şirkətlərindən biri olan "Federated Hermes Limited" ilə əməkdaşlığa başlayıb. Bununla da Kapital Bank Azərbaycanda şirkətin ilk bank tərəfdaşına çevrilib.
Marja xəbər verir ki, bu tərəfdaşlıq Kapital Bank-ın beynəlxalq maliyyə bazarlarına inteqrasiyası, həmçinin bankın xəzinədarlıq və likvidlik idarəetməsi sahəsində beynəlxalq təcrübəyə əsaslanan imkanların genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdaşlıq çərçivəsində bank pul bazarlarına vəsaitlərin yerləşdirilməsi və likvidliyin daha səmərəli idarə olunması istiqamətində yeni imkanlar əldə edəcək.
Qeyd edək ki, "Federated Hermes Limited" Londonda yerləşən və beynəlxalq investisiya idarəçiliyi sahəsində fəaliyyət göstərən maliyyə qurumudur. Şirkət institusional və korporativ müştərilər üçün likvidlik idarəetməsi, sabit gəlirli alətlər, səhmlər və alternativ investisiya həlləri üzrə xidmətlər təqdim edir. Xüsusilə məsuliyyətli və dayanıqlı investisiya yanaşması (ESG) sahəsində qabaqcıl təcrübəsi ilə tanınan "Federated Hermes Limited" uzun illərdir qlobal maliyyə bazarlarında fəaliyyət göstərir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Biznes təlimlər və tədris üsulları
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən zəngin idmançıları
CV-nin tərtib edilməsi prinsipləri