Kapital Bank "Euromoney" beynəlxalq forumunda iştirak etdi

Kapital Bank ®Hər il ənənəvi olaraq Mərkəzi və Şərqi Avropa ölkələrinin aparıcı beynəlxalq banklarının, maliyyə, biznes və dövlət sektorunun, eləcədə  dövlət tənzimləyici orqanlarının nümayəndələrinin çıxışları və iştirakı ilə yadda qalan "The Euromoney CEE Forum"-u hər il olduğu kimi bu il də Avstriyanın paytaxtı Vyana şəhərində keçirildi.  
Forumda Kapital Bank-ı Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev, Komplayens Departamentinin direktoru Almaz Musayeva və bankın Maliyyə İnstitutları şöbəsinin rəisi Anar Bayramlı təmsil edib. 
2024-cü ilin əsas maliyyə trendlərinin müəyyən edildiyi forumu çıxış nitqi ilə forumun rəsmisi Francesca Cockcroft açıb. Daha sonra Avropa İnvestisiya Fondunun rəhbəri Roger Havenith və Avstriya Bank qrupu olan Raiffeisen Bank International-ın Baş Maliyyə direktoru Sabine Abfalter əsas spiker olaraq çıxış ediblər. Spikerlərin çıxışında Mərkəzi və Şərqi Avropa regionlarında hazırki iqtisadi vəziyyət, investisiya sahələrinin genişləndirilməsi, bank sektorunun təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin edilməsi və unikal həll yollarının təqdimatı yer alıb.  
Vurğulanıb ki, dünyanın maliyyə trendləri qloballaşan texnoloji inkişaf standardları ilə eyni sürətdə yenilənərək, dəyişir. Kapital Bank olaraq öncəliyimiz bu dinamik inkişaf prosesini, beynəlxalq təcrübəni izləyərək müştərilərimizə daha keyfiyyətli xidmət göstərməkdir.  Elə bu məqsədlə də tədbirdə iştirak edən bank əməkdaşları dünyanın, eləcə də Avropa və Şərqi Avropa banklarının 20-yə yaxın nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar. 
Qeyd etmək lazımdır ki, 29 ildir ki, Mərkəzi və Şərqi Avropa, eləcədə onun hüdudlarından kənarda olan 1000-dən çox dövlət, özəl, bank və investisiya sektoru liderlərini bir araya gətirən forum Avropada keçirilən ən böyük tədbirlərdən biridir. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 18 yanvar 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler kicik biznes valyuta kurslari biznes krediti bu gunun xeberleri