"Kapital Bank" fond bazarında ₼100 milyonluq istiqraz buraxır
"Kapital Bank" ASC Azərbaycan manatı ilə nominal dəyəri 100 manat olan 1 milyon ədəd istiqraz buraxmağı planlaşdırır. Banker.az bankın Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir ki, ümumilikdə emissiya həcmi 100 milyon manata bərabərdir.
İstiqrazlar illik 10 faiz kupon gəliri ilə buraxılır. Faiz ödənişləri hər 30 təqvim günündə bir həyata keçiriləcək, sonuncu ödəniş isə tədavül müddətinin sonunda — bir illik dövriyyə başa çatdıqda — istiqrazın nominal dəyəri ilə birlikdə ödəniləcək. İstiqrazlar təminatsız, sənədsiz və adlı formada buraxılır.
İlkin yerləşdirmə Bakı Fond Birjasının ticarət platforması vasitəsilə həyata keçiriləcək. Qeyd edilib ki, həm fiziki, həm də hüquqi şəxslər istiqraz ala bilər. Fiziki şəxslər üçün ilkin bazarda alış xərclərinin bir hissəsinin emitent tərəfindən ödənilməsi nəzərdə tutulur — bu barədə ətraflı məlumat hər bir buraxılış üzrə Yekun Şərtlərdə açıqlanacaq.
Bankın açıqlamasına görə, emissiyadan daxil olacaq vəsait kapital bazarının diversifikasiyasına, strateji hədəflərin maliyyələşdirilməsinə, o cümlədən rəqəmsal bankçılığın inkişafına, regional kredit portfelinin genişləndirilməsinə və bazar payının artırılmasına yönəldiləcək.
2025-ci ilin maliyyə hesabatlarına görə, Kapital Bankın ümumi aktivləri 11,57 milyard manat, il üzrə xalis mənfəəti isə 274,5 milyon manat təşkil edib. Bankın ani likvidlik əmsalı tənzimləyici tərəfindən müəyyən edilmiş 30 faizlik minimuma qarşı 49,15 faiz, likvidliyin örtülmə əmsalı isə tələb olunan 100 faizə qarşı 137,87 faiz səviyyəsindədir. Bankın maliyyə hesabatları "big four"-a daxil olan "Ernst & Young" tərəfindən audit edilib.
Anderrayter kimi "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC çıxış edəcək.
Xatırladaq ki, Azərbaycan Vergi Məcəlləsinə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində tənzimlənən bazarda ticarətə buraxılmış istiqrazlar üzrə fiziki şəxslərin faiz gəlirləri gəlir vergisindən azad edilib.

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?