Kapital Bank gənclərin təhsilinə və inkişafına dəstək verməyə davam edir

Kapital Bank gənclərin təhsilinə və inkişafına dəstək verməyə davam edir®Ölkənin birinci bankı Kapital Bank təhsil yönümlü layihələrə və peşəkar kadrların inkişafına böyük önəm verir. Bu layihələr çərçivəsində 2023-cü il iyul ayında tələbələr üçün "Birbank" təqaüd proqramı elan edilib. Təqaüd proqramına 3-cü kursda oxuyan, universitetə qəbul balı 550 və daha yuxarı, təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan gənclər cəlb olunublar. Bir neçə mərhələdə təşkil edilən seçim prosesini uğurla keçən tələbələr "Birbank təqaüdçüsü" adını qazanıblar. 
Təqaüd proqramı artıq öz müsbət nəticələrini verib. Belə ki, təqaüd almaqla yanaşı tələbələrə "Data", "Agile" və "Karyeraya doğru addımlar" mövzularında 3 bankdaxili sessiya, həmçinin "Karyera və peşəkar inkişaf", "Kommunikasiya və təqdimatların aparılması bacarıqları" mövzularında 2 təlim keçirilib. Bu məşğələlər tələbələrə onların peşəkar inkişafı üçün lazımi bilik və bacarıqlar qazandırmaq məqsədi ilə həyata keçirilib. 
Növbəti mərhələdə keçiriləcək təcrübə proqramları təqaüdçülərin ixtisasları ilə uyğunlaşdırılıb. Belə ki, tələbələr təhsil aldıqları sahələr üzrə Kapital Bank-da 3 ay müddətinə təcrübə keçməyə başlayıblar. 
Tezliklə "Birbank" təqaüd proqramının üzvləri mentorluq proqramına da cəlb olunacaqlar. Ümumilikdə isə ilin sonunadək 6 sessiya və minimum 3 dəfə mentorlarla görüşlər təşkil olunacaq. Məqsəd tələbələrin müvafiq sahə ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır. Bundan əlavə oktyabr-noyabr ayları ərzində tələbələrin yumşaq bacarıqlarının inkişaf etdirməsi üçün daha 2 təlimin keçirilməsi nəzərdə tutulub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün   saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 04 iyun 2024

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler biznes xeberleri internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti