Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi
®Ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olan Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verilib. Quba və Xaçmaz şəhərlərində fəaliyyət göstərən mərkəz müştəri müraciətlərinin daha tez və effektiv araşdırılmasına və cavablandırılmasına xidmət edəcək.
Belə ki, Kapital Bank-ın Quba və Xaçmaz filiallarının dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi, ADPU-nun Quba filialı ilə qurulan əməkdaşlıq, eləcə də "Karyera Marafonu 2022" layihəsindən 1400-ə yaxın namizədin CV-ləri araşdırılıb. Dəyərləndirmə nəticəsində 700 nəfər namizədlə onlayn müsahibə keçirilib. Bu mərhələni uğurla keçən 74 nəfər imtahana cəlb olunub. Nəticələri ilə fərqlənən 26 namizəd təcrübə proqramında iştirak etmək şansı qazanıb.
Mərkəzin yaradılmasında məqsəd müştəri müraciətlərinin effektiv araşdırılması ilə yanaşı Quba-Xaçmaz regionunda yaşayan gənclər üçün yeni iş imkanları yaratmaqdır. Daha öncə Gəncə şəhərində icra edilən layihə qısa müddətdə uğurlu nəticələr göstərib. Bu səbəbdən də layihənin davamlı olması planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ƏDV geri al və onun üstünlükləri
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes plan necə yazılır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət