"Kapital Bank" "Port Baku"da ofis almayıb, icarəyə götürüb. Daşınmaz əmlak almaqdan uzaq durmağa çalışırıq"
"Kapital Bank" "Port Baku"da ofisi almayıb, icarəyə götürüb. Bankın inzibati xərclərinin artmasının səbəblərindən biri də, "Port Baku"da ofisin icarəyə götürülməsidir".
Marja.az xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov mətbuat konfransında bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
O, "Kapital Bank"ın Baş İdarəsinin "Port Baku" biznes mərkəzinə köçməsilə əlaqədar bildirib ki, bu proses hələ də davam edir:
"Məsəd odur ki, biz hamımız, Baş idarə olaraq bir yerə toplanaq, daha müasir və rahat ofisdə fəaliyyət göstərək. Son bir ildə "Kapital Bank"ın Baş idarəsinin əməkdaşları 5 ayrı ofidə çalışıb. Bu, əməkdaşlarımız üçün istədiyimiz qədər rahat deyildi. Əməkdaşlarımıza hər zaman diqqət göstəririk. Rəqəmsallaşmağımıza baxmayaraq əməkdaşlarımızın, filiallarımızın da sayı artır. Çünki biz yeni fərqli layihələr reallaşdırırq. Artıq "Kapital Bank"ın artıq 6 minə yaxın əməkdaşı var".
"FİLİALLAR ÜÇÜN OFİSLƏRİ İCARƏYƏ GÖTÜRMƏKDƏ MARAQLIYIQ"
"Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov bildirib ki, "Kapital Bank" aktivlərini maksimum dərəcədə effektiv idarə etməyə çalışır:
"Biz pul axınlarını daşınmaz əmlaka uzunmüddətli yerləşdirməkdən uzaq durmağa çalışırıq. Fəaliyyət göstərdiyimiz filialları icarəyə götürməkdə maraqlıyıq. Çünki, zamanın tələbinə uyğun olaraq biz o aktivlərdən rahat çxa bilək".

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox gəlir gətirən onlayn bizneslər
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın əh bahalı brendləri - TOP-10
SMM nə deməkdir?