"Kapital Bank"da kiçik payları olan şirkətlərin adları açıqlanıb
Bilindiyi kimi, "Kapital Bank" ASC-nin səhmlərinin 81.0811%-i "PAŞA Holdinq" MMC-yə, 7,5230 %-i "PAŞA Sığorta" ASC-yə, qalan 11,3959%-i isə digər hüquqi və fiziki şəxslərə aiddir.
Marja.az xəbər verir ki, 11,3959%-in bir hissəsinə sahib olan digər hüquqi şəxslərin adları açıqlanıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Belə ki, "PAŞA Həyat Sığorta Şirkəti" ASC (3,7615%), "Bless" MMC (2,8185%), "Reveri" MMC (2,8185%) və "ABB-İnvest İnvestisiya Şirkəti" ASC-də (0,0037%) "Kapital Bank" ASC-nin səhmdarlarıdır.
"Kapital Bank" ASC-nin nizamnamə kapitalının miqdarı 265 milyon 849 min 999.85 manatdır.
"Kapital Bank" ASC-nin isə "Bir Kart Bank Olmayan kredit Təşkilatı" MMC-də (nizamnamə kapitalında payı: 100%), "PASHA Technology" MMC-də (nizamnamə kapitalında payı: 8,2%), "Azərbaycan kredit Bürosu" MMC-də (nizamnamə kapitalında payı: 12,50%), "Bakı Fond Birjası" QSC-də (nizamnamə kapitalında payı: 4,76%) və "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (nizamnamə kapitalında payı: 0,04%) payı var.
Həmçinin oxu
Azərbaycanın iri bankı 35 milyon dollarlıq istiqraz buraxıb - 7 FAİZ GƏLİR TƏKLİFİ


"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Bill Qeyts kimdir?
SWIFT nədir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?