"Kapital Bank"ın sədrinə birinci müavin təyin edilib
"Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Cavid Mirzəyev bu vəzifəyə təyin edilib. Əlavə olaraq C.Mirzəyev "Bir" ekosisteminin Fintex Biznesi üzrə rəhbəri təyin edilib.
Cavid Mirzəyev 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə isə "İqtisadiyyatın dövlət tənzimlənməsi" ixtisası üzrə magistr dərəcəsi alıb.
2018-2020-ci illərdə London Biznes Məktəbində (London Business School) Executive MBA proqramını bitirib.
O, karyerasına Azərbaycan Mərkəzi Bankında iqtisadçı olaraq başlayıb və Bank Nəzarəti departamentinin Xarici nəzarət şöbəsinin müdiri vəzifəsinədək yüksəlib.
2014-cü ildən etibarən fəaliyyətini Kapital Bank ASC-də davam etdirir.
Bu müddət ərzində o, bankda Risklərin idarə edilməsi departamentinin direktoru və Baş Risk İnzibatçısı vəzifələrində çalışıb.
2019-cu ildən etibarən bankın İdarə Heyətinin üzvüdür.
2025-ci ildə İdarə Heyətinin üzvü, Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsinə təyin edilib.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Dünyanın ən varlı 10 müğənnisi
IBAN nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?