Keçmiş treyderlər "CoreWeave" bulud startapı sayəsində necə milyarder oldular?

Keçmiş treyderlər Yeddi il əvvəl üç broker süni intellektin idarə edilməsinə artan tələbatı proqnozlaşdıraraq, məlumat mərkəzlərində "Nvidia" qrafik prosessorlarından istifadə edən ilk şirkətlərini qurub. Bu gün bulud hesablama provayderi "CoreWeave" ən perspektivli AI startaplarından biri sayılır, təsisçiləri isə milyarderlərə çevrilib. 
ABŞ-nin "Forbes" jurnalına görə, "CoreWeave" bulud hesablama startapının üç təsisçisi – Maykl İntreytor, Brayan Venturo və Brennin Makbi, habelə idarə heyətinin üzvü Cek Kodcen milyarderdirlər.
CEO Maykl İntreytor, baş strategiya direktoru Brayan Venturo və biznes inkişafı direktoru Brennin Makbi şirkətin səhmlərinin müvafiq olaraq 15%, 9% və 7%, Cek Kodcen isə 5%-nə sahibdir. "CoreWeave" rəhbərliyi ilkin kapitallaşma məbləğini müəyyən etməsə də, oktyabr ayında bəzi səhmlərin satışı üzrə şəxsi əməliyyatlara əsasən, onların hər birinin 1 milyard dollardan çox kapitala sahib olduğunu təxmin etmək olar.
"Forbes" İntreytorun hazırkı sərvətinin 3.1 milyard dollar, Venturonun – 2 milyard dollar, Makbinin – 1.5 milyard dollar, Kodcenin isə 1.2 milyard dollar olduğunu təxmin edir.
İlkin olaraq təsisçilər süni intellekt sahəsində ön sıralarda olacaq bir şirkət yaratmaq barədə düşünmürdülər. 2017-ci ildə o vaxtkı üç broker "Atlantic Crypto" adlı yeni firmaları üçün kriptovalyuta hasil etmək məqsədilə "Nvidia" çiplərini aldılar. İki il sonra şirkət "CoreWeave" adlandırıldı və biznes modeli məlumat mərkəzlərinin qurulmasına və öz serverlərinə malik olmayan şirkətlərə hesablama gücünün satışına keçdi. "OpenAI" 2022-ci ildə dünyaya "ChatGPT"ni təqdim etdikdən sonra süni intellekt bumu daha da alovlandı və bir çox AI şirkəti "CoreWeave" müştərilərinə çevrildi.
Startapın son sənədlərinə əsasən, hazırda onun ən böyük müştəriləri arasında "Microsoft", "IBM", "Meta", "Nvidia", həmçinin "Cohere" və "Mistral" kimi milyard dollarlıq kapitallaşması olan süni intellekt laboratoriyaları var.
"Biz düşündük ki, bu, gələcəkdə hesablamalardan istifadə etmək üçün yeni və həyəcanverici bir həlldir. Bu sahədə maksimum uğur qazanmaq üçün nə etmək lazımdır?", – deyə İntreytor 2024-cü ildə "Forbes"ə müsahibəsində deyib.
Qrafik prosessorlara tələbat artdıqca, "CoreWeave" özünü doğru zamanda doğru yerdə tapdı. Bir neçə raund investisiya nəticəsində biznesin kapitallaşması 2023-cü ilin mayında təxminən 2 milyard dollardan 2024-cü ilin mayında 19 milyard dollara yüksəldi. Üstəlik, "Reuters"in hesab edir ki, birjaya daxil olduqdan sonra startapın dəyəri 35 milyard dollara və ya daha çox arta bilər. Məlumat mərkəzlərinin qurulması çox bahalıdır, "CoreWeave"də isə onların sayı 32-dir.
"CoreWeave"in hər üç təsisçisi şirkətin bazar dəyərinin artması hesabına milyarder olublar. Biznesin qiymətləndirilməsi, qarşıdan gələn birja debütünün 2022-ci ildə fond bazarında yavaşlamanın başlamasından bəri ən böyük IPO olacağını göstərir. Bundan əlavə, şirkətin menecerləri sərmayə axtararkən kənardan maliyyə cəlb etmədikləri üçün səhm həcminə nəzarət edə biliblər.
Birja sənədlərinə görə, startap 12 raundda 14.5 milyard dollar cəlb edib, baxmayaraq ki, bu məbləğin üçdə ikisindən çoxu kreditlər şəklində verilib. Belə ki, şirkətin maliyyələşdirməsinin sonuncu böyük raundu 7.6 milyard dollar cəlb edib, bu pulun böyük hissəsi "Magnetar" ("CoreWeave"in ilk və əsas investoru) və "Blackstone" investisiya fondları tərəfindən təmin edilib. Digər diqqətçəkən sərmayəçi milyarder Leks Veksnerdir ki, o, var-dövlətini "Victoria"s Secret" brendindən qazanıb. İndi onun öz övladları və nəvələri üçün yaratdığı "Linden West" fondu vasitəsilə iş adamı "CoreWeave"in nizamnamə kapitalında 4.4% paya malikdir.
Startap böyük pulları olan "Azure" və "Amazon Web Services" kimi bulud provayderlərinin rəqabəti ilə üz-üzədir. Xüsusilə "CoreWeave"in gələcəyi bir müştəri ilə sıx bağlıdır – 2024-cü ildə bütün gəlirin 60%-dən çoxu "Microsoft"dan əldə edilib. Korporasiya müştərilərini kifayət qədər prosessor gücü ilə təmin edə bilmədiyi üçün "CoreWeave" xidmətlərindən istifadə etmək qərarına gəlib. "The Information"a görə, "Microsoft" 2030-cu ilə qədər "CoreWeave" serverlərinə 10 milyard dollar xərcləməyi planlaşdırsa da, "BG2" podkastının dekabr epizodunda İT nəhənginin baş direktoru Satya Nadella "CoreWeave" kimi xarici emal gücü və saxlama mənbələrinin birdəfəlik həll olduğunu açıqlayıb. Bu arada, Nadella əlavə edib ki, "Microsoft"un öz bulud provayderi Azure "tələbi bərpa etmək" üçün çalışır. / banker.az

Maraqlı     Tarix: 14 mart 2025

Oxşar xəbərlər

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur

Dünyada ilk müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu olan "azGLOBE" 31 oktyabr 2026-cı ildə Pekin Xarici Dillər Universiteti (PXDU) tərəfindən istifadəyə verilmişdir. "azGLOBE" korpus

Biz azalacağıq: dünya demoqrafik tənəzzül dövrünə daxil olur

İqtisadçılar Xesus Fernandes-Vilyaverde və Patrik Norrik hesab edirlər ki, qlobal doğum səviyyəsi artıq əhalinin sadə təkrar istehsalı həddindən aşağı düşüb — bu isə BMT-nin proqnozlaşdırdığından bir neçə onillik əvvəl ba

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk


iqtisadi xeberler valyuta kurslari en son xeberler emlak xeberleri pul qazanmaq