KOB Fest sərgi-satış yarmarkasında 80-ə yaxın KOB-un məhsulları - SATILIR - FOTOLAR

KOB Fest sərgi-satış yarmarkasında 80-ə yaxın KOB-un məhsulları - SATILIR - FOTOLAROktyabrın 14-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı Bulvarında (Kukla Teatrının arxasında) ilin son "KOB Fest" – sərgi-satış yarmarkası öz işinə başlayıb.
FED.az xəbər verir ki, yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi, satış imkanlarının genişləndirilməsi, yerli məhsulların tanıdılması və KOB-ların satış bacarıqlarının artırılmasıdır.  
Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim edilir və satılır. Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksessuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və s. nümayiş olunur.
"KOB Fest"də həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən suvenir istehsalı müəssisəsində istehsal olunmuş hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri sərgilənir. Qeyd edək ki, suvenir istehsalı müəssisəsi "Cocuq Mərcanlının İnkişafı" Fondu, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), KOBİA, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə dəstəyi ilə yaradılıb. 
Festival çərçivəsində mədəni-əyləncəli proqram da təşkil edilib.  
Sərgi-satış yarmarkası oktyabrın 15-dək saat 10.00-dan 18.30-dək açıq olacaqdır. 
Sərginin açılışında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların satış imkanlarının genişləndirilməsinə göstərilən dəstək, KOB Fest sərgi-satış yarmarkaları barədə məlumat verib. Qeyd edilib ki, 2022-ci ilin aprel ayından başlayaraq Bakı, Gəncə, Şəki, Lənkəran, Sumqayıt, Şəmkir və Qubada 7 "KOB Fest" sərgi-satış yarmarkası təşkil olunub. KOB festlərdə ümumilikdə 450-dən çox sahibkarlıq subyekti və sənətkarların 4 mindən çox çeşiddə məhsul və xidmətləri təqdim edilib, satışına imkan yaradılıb.  
Tədbirdə həmçinin, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək sərginin KOB-ların satış imkanlarının genişləndirilməsində əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Biznes     Tarix: 14 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb. xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Qlobal artımın, investisiyanı

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib. xəbər verir ki, Azərbaycan  Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarə

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni


iqtisadi xeberler bitkoin qiymeti bank faizleri valyuta mezennesi iqtisadiyyat xeberleri