KOBİA ilin son "KOB Fest" sərgi-satış yarmarkasına - DƏVƏT EDİR
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı sakinlərini və şəhərimizin qonaqlarını Bakı Bulvarında (Kukla Teatrının arxası) təşkil ediləcək ilin son "KOB Fest" – sərgi-satış yarmarkasına dəvət edir.
FED.az xəbər verir ki, "KOB Fest" 14-15 oktyabr tarixlərində saat 10:00-dan 18:30-dək paytaxt sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaq. Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim ediləcək və satılacaq. Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksessuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və s. nümayiş olunacaq.
"KOB Fest"in təşkilində məqsəd mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satış imkanlarını genişləndirmək, yerli məhsulların tanıdılmasıdır.
Festival müddətində mədəni-əyləncəli proqram da təşkil ediləcəkdir.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
ƏDV geri al və onun üstünlükləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?