Kompüterdən bitkoinləri oğurlayan yeni proqram tapılıb – TAPILMASI MÜMKÜN OLMUR – 5 EHTİYAT TƏDBİRİ

Kompüterdən bitkoinləri oğurlayan yeni proqram tapılıb – TAPILMASI MÜMKÜN OLMUR – 5 EHTİYAT TƏDBİRİYeni zərərli troyan saxta brauzer olan Tor vasitəsilə kriptovalyuta oğurlayır
Darknetdə nə baş verir? – Xakerlərin qurbanına çevrilməmək üçün  - 4 VACİB TÖVSİYƏ
Kaspersky tədqiqatçıları kriptovalyuta oğurlamaq məqsədilə yaradılan yeni kampaniya aşkar ediblər.
FED.az xəbər verir ki, üçüncü tərəfin internet resurslarında Tor brauzeri adı altında gizlənən təcavüzkarlar CryptoClipper* yayırlar.
İstifadəçinin sisteminə daxil olduqda, bu troyan bəzi məşhur proqramların, məsələn, uTorrent-in işarəsi kimi gizlənərək özünü avtomatik başlama funksiyasına əlavə edir. Zərərli proqram mübadilə buferində kripto pul kisəsinə bənzəyən ünvan tapan kimi onu dərhal təcavüzkarın məxsus olan ünvanlardan birinə dəyişir.
Bu zərərli kampaniya ilə 52 ölkədə 15000-dən çox istifadəçi ilə üzləşib. Kibercinayətkarların qurbanlarının sayına görə ilk onluğa Rusiya, ABŞ, Almaniya, Özbəkistan, Belarus, Çin, Hollandiya, Böyük Britaniya və Fransa da daxildir. Ekspertlərin fikrincə, 2023-cü ildə zərərli proqramların köməyi ilə 400 min dollardan çox kriptovalyuta oğurlanıb. CryptoClipper Bitcoin, Ethereum, Litecoin, Dogecoin və Monero kimi kripto pul kisələrinin ünvanlarını başqası ilə əvəz edə bilir.
"Kriptovalyuta oğurluğu qaytarılması mümkün olmayan pul köçürməsidir. Belə hallarda zərərçəkmişlərin vəsaitlərinin qaytarılmasına praktiki olaraq heç bir ümidi qalmır. Eyni zamanda, zərərli proqram çox vaxt passivdir, bu da onu sistemdə aşkarlamağı çətinləşdirir. Zərərli proqramların əksəriyyəti operatorla qurbanın sistemi arasında əlaqə kanalı tələb edir, amma bu zərərli proqram rabitəsiz işləyir və tamamilə avtonomdur. Bu cür proqramlar qurbanın kripto pul kisəsinin ünvanını dəyişdirmək məqsədinə çatana qədər heç bir mövcudluq əlaməti göstərmədən istifadəçinin sistemində illərlə qala bilər", - deyə Kaspersky-nin aparıcı kibertəhlükəsizlik eksperti Vitali Kamlyuk qeyd edir.
Kripto pul kisələrini qorumaq üçün Kaspersky mütəxəssisləri istifadəçilərə tövsiyə edirlər:
•      proqram təminatını yalnız etibarlı mənbələrdən yükləyin;
•      üçüncü tərəfin saytlarında bunu etməyin, mümkünsə, yalnız rəsmi mənbələrdən istifadə edin;
•      bütün proqramları zamanında yeniləyin ki, təcavüzkarların məlum zəifliklərdən istifadəsinin qarşısını ala biləsiniz;
•      cihazlarınızın təhlükəsizliyini təmin edəcək etibarlı həllərdən istifadə edin. Məsələn, Kaspersky Internet Security kriptovalyuta oğurluğu ilə bağlı bütün növ zərərli proqramlardan qoruyur;
•      Şübhəli və ya naməlum mənbələrdəki linklərə klikləməyin və ya qoşmaları yükləməyin - onların tərkibində zərərli proqram ola bilər.
*CryptoClipper – mübadilə buferində kripto pul kisəsi nömrələrini əvəz edən troyandır.

Kriptovalyuta     Tarix: 03 aprel 2023

Oxşar xəbərlər

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"

"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki,  "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8

Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?

Kriptovalyuta birjalarında P2P (Peer-to-Peer) formatında mütəmadi alış-satış fəaliyyəti ilə məşğul olaraq əldə etdiyim gəliri qanunvericiliyə uyğun şəkildə bəyan etməklə vergilərimi ödəmək istəyirəm. Qeyd edim ki, bu fəaliyyə

"Bitcoin" yenidən 78 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə ucuzlaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,59% ucuzlaşaraq 77 459,47 ABŞ dolların

DTX bu dəfə əsl "akula"ları tutub – 35 milyon manat cərimə!  

Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar. Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR. biznes və maliyy

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"


iqtisadi xeberler iqtisadiyyat xeberleri emlak xeberleri valyuta mezennesi internetden pul qazanmaq