Körfəz ölkələrindən Azərbaycandakı fiziki şəxslərə $20 mln. üzərində pul köçürülüb
2026-cı ilin birinci rübündə Azərbaycan ilə Körfəz ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Küveyt, arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 26.34 mln. dollar təşkil edib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 20.33 mln. dolları Azərbaycana daxil olan, 6.01 mln. dolları isə Azərbaycandan həmin ölkələrə göndərilən vəsaitlərin payına düşüb.
Nəticədə Azərbaycanın Körfəz ölkələri ilə pul baratları üzrə müsbət saldosu 14.32 mln. dollar olub. Müqayisə üçün, 2025-ci ilin birinci rübündə bu göstərici 11.13 mln. dollar təşkil etmişdi. Beləliklə, müsbət saldo bir il ərzində 28.6% artıb.
Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana daxil olan pul baratlarının həcmi 9.89 mln. dollar olub ki, bu da illik müqayisədə 27.4% çoxdur. Azərbaycandan BƏƏ-yə köçürmələr isə 4.6% azalaraq 5.17 mln. dollara enib. Nəticədə saldo 4.73 mln. dollar təşkil edib, halbuki ötən ilin eyni dövründə bu göstərici 2.35 mln. dollar idi.
Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən vəsaitlərin həcmi 5.79 mln. dollar olub. Bu göstərici illik müqayisədə 2.6% azalsa da, ölkə Azərbaycana pul köçürmələrinin həcminə görə Körfəz regionunda ikinci yeri qoruyub.
Qətərdən Azərbaycana daxil olan pul baratları 13.9% azalaraq 3.84 mln. dollara düşüb. Bununla belə, Qətər Azərbaycana pul köçürmələrinin ən böyük mənbələri sırasında qalmaqdadır.
Küveytdən Azərbaycana göndərilən vəsaitlərin həcmi 34.9% artaraq 800 min dollara yüksəlib.

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?