Kredit kollektoru "BOA Agency" səhmdarlarına 1.66 mln. manat dividend ödəyəcək
"BOA Agency" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2026-cı ilin birinci rübünün maliyyə nəticələrinə əsasən mənfəətin səhmdarlar arasında bölüşdürülməsi barədə qərar qəbul edib.
Cəmiyyətin Ümumi Yığıncağının 10 aprel 2026-cı il tarixli qərarına əsasən, ilin ilk rübü üzrə yaranmış 1 664 394 manat məbləğində xalis mənfəət tam şəkildə səhmdarlara dividend olaraq ödəniləcək.
Bununla bağlı 9 yanvar 2026-cı il tarixində müzakirə aparılmışdı.
Şirkət rəhbərliyi bəyan edir ki, bu dividend ödənişi səhmlərin bazar qiymətinə heç bir mənfi təsir göstərməyəcək.
"BOA Agency" — Azərbaycanda fəaliyyət göstərən kollektor və borc idarəetmə şirkətidir. Şirkət 2011-ci ildə hüquq və maliyyə sahəsi üzrə mütəxəssislər tərəfindən yaradılıb. Əsas fəaliyyəti problemli borcların, kreditlərin və digər öhdəliklərin geri qaytarılmasıdır.
Qəribli İlkin Eldar oğlu və Hacıyev Rüstəm Rauf oğlu hər biri şirkətdə 40 faizlik paya malikdir. Digər səhmdar 20 faizlik payla Hacıyev Ramin Rauf oğludur. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət