Kredit yarmarkalarında 1 milyon manata yaxın kredit ayrılıb

Kredit yarmarkalarında 1 milyon manata yaxın kredit ayrılıbKənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə regionlarda kənd təsərrüfatının inkişafı, yerli sahibkarlığın təşviqi və fermerlərin maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə keçirilən Aqrar Biznes Festivalları çərçivəsində cari il ərzində 7 "Kredit Yarmarkası" təşkil edilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, yarmarkalarda dövlətin maliyyə qurumları, bank sektoru, bank olmayan kredit təşkilatlarının, eləcə də fermer və sahibkarların fəal iştirakı təmin olunub.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Kredit yarmarkasının əsas məqsədi regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərini, məhsul istehsalçılarını maliyyə resurslarına çıxış imkanları ilə təmin etmək və aqrar sektorun dayanıqlı inkişafını dəstəkləməkdir.
2025-ci ilin ilk 6 ayı ərzində təşkil olunan yarmarkalar çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən fermer və sahibkarlıq subyektlərinə ümumilikdə 965 500 manat dəyərində kredit verilib.
Yarmarkalar çərçivəsində maliyyələşmə imkanları, güzəştli kredit alətləri, subsidiya və təminat mexanizmləri mövzularında "Dövlətin maliyyə mexanizmləri" panel sessiyaları təşkil olunub.  Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Biznesin İnkişafı Fondu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi və ölkənin aparıcı bankları və bank olmayan kredit təşkilatları iştirak ediblər. Panel sessiyaları zamanı dövlətin kənd təsərrüfatı sektoruna yönəltdiyi maliyyə dəstək alətləri, subsidiyalar, güzəştli kreditlər, aqrar sığorta imkanları və fermerlər üçün yaradılan maliyyə mexanizmləri barədə fermer və sahibkarlara məlumatlar verilib. Cari il ərzində 6 iqtisadi rayonu əhatə etməklə İmişli, Ağdaş, Zəngilan, Quba, Samux və Şəmkir rayonlarında "Dövlətin maliyyə mexanizmləri" mövzusunda 6 panel müzakirə təşkil edilib. Müzakirələr zamanı iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, mövcud çağırışlar və imkanlar təhlil olunub, praktiki suallara cavab verilib.
Qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə fermerlərin maliyyə resurslarına çıxışın asanlaşdırılması və sahibkarlığın təşviqi istiqamətində Aqrar Biznes Festivalları çərçivəsində kredit yarmarkaları və "Dövlətin maliyyə mexanizmləri" mövzusunda panel müzakirələrin il ərzində davamlı şəkildə bütün iqtisadi rayonlarda təşkili nəzərdə tutulur. / marja.az

Banklar     Tarix: 12 iyul 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq