Kriptovalyuta alan hər iki nəfərdən birini - ALDATMAQ İSTƏYİBLƏR - FIRILDAQDAN QORUNMAQ ÜSULLARI

Kriptovalyuta alan hər iki nəfərdən birini - ALDATMAQ İSTƏYİBLƏR - FIRILDAQDAN QORUNMAQ ÜSULLARIİnsanların təxminən dörddə biri kriptovalyuta ilə əlaqəli kibertəhlükələrdən xəbərdardır və demək olar ki, eyni sayda insanın (23%) onlar haqqında heç bir təsəvvürü yoxdur.
FED.az xəbər verir ki, bu məlumatlar Kaspersky şirkətinin müxtəlif ölkələrin sakinlərinin kriptovalyutaya* münasibətini öyrənmək üçün apardığı  yeni sorğusuna əsaslanır. Təxminən hər iki nəfərdən biri (49%) kriptovalyuta ilə bağlı cinayətin bu və ya digər şəkildə təsirinə məruz qalıb. Rəqəmsal pul sahiblərinin 40%-i mövcud müdafiə vasitələrinin kifayət etdiyinə inanmır.
Respondentlərin fikrincə, kriptovalyutadan istifadə ilə bağlı ən çox yayılmış kibertəhlükələr valyuta oğurluğu və fırıldaqdır. Bu barədə respondentlərin müvafiq olaraq 27% və 26%-i məlumat verib. Sorğu iştirakçılarının üçdə birindən çoxu (38%) rəqəmsal aktivlərə sahib olmayanlar üçün də risklərin mövcud olduğunu bilmir. Bu risklər cihaz sahibinin xəbəri olmadan onun köməyi ilə kriptovalyuta kriptomədənçi proqramlarla bağlıdır.
"Kriptosənaye həmişə təcavüzkarlar üçün cəlbedici hədəf olub. Təəssüf ki, bu sahədə zərərli fəaliyyətin səviyyəsi azalmır. Araşdırmamız göstərdi ki, kriptovalyuta sahibləri rəqəmsal savadlarını artırmalı və potensial risklər haqqında əlavə biliklər əldə etməlidirlər. Bu mövzu Azərbaycan üçün nisbətən yenidir, ayıq-sayıq olmaq və maliyyə itkilərinə səbəb ola biləcək tələsik qərarlar qəbul etməmək son dərəcə vacibdir", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.
Kriptovalyutaların üstünlüklərindən təhlükəsiz istifadə etmək üçün Kaspersky mütəxəssisləri tövsiyə edir:
• hər bir hesab üçün unikal güclü şifrələrdən istifadə edin;
• şübhəli e-poçt və linklərə qarşı diqqətli olun; məxfi məlumatları daxil etməzdən əvvəl həmişə səhifə ünvanını bir neçə dəfə gözdən keçirin;
• şəxsi açarları heç kimlə paylaşmayın, onları heç bir yerə yerləşdirməyin;
• kibertəhdidlər haqqında daha çox öyrənməyə çalışın, fırıldaqçıların qurduğu tələlərdən xəbərdar olun;
• bütün cihazlarda etibarlı təhlükəsizlik həlləri quraşdırın.
* Sorğu Kaspersky-nin sifarişi əsasında Arlington Research şirkəti tərəfindən 16 ölkədə aparılıb və Avstriya, Braziliya, Kolumbiya, Fransa, Almaniya, Hindistan, Malayziya, Meksika, Səudiyyə   Ərəbistanı,   Cənubi   Afrika,   İspaniya,   İsveçrə,   Türkiyə,   Birləşmiş   Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ-da ümumilikdə 12 min insanı əhatə edib.

Kriptovalyuta     Tarix: 16 fevral 2023

Oxşar xəbərlər

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"

"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki,  "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8

Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?

Kriptovalyuta birjalarında P2P (Peer-to-Peer) formatında mütəmadi alış-satış fəaliyyəti ilə məşğul olaraq əldə etdiyim gəliri qanunvericiliyə uyğun şəkildə bəyan etməklə vergilərimi ödəmək istəyirəm. Qeyd edim ki, bu fəaliyyə

"Bitcoin" yenidən 78 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə ucuzlaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,59% ucuzlaşaraq 77 459,47 ABŞ dolların

DTX bu dəfə əsl "akula"ları tutub – 35 milyon manat cərimə!  

Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar. Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR. biznes və maliyy

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"


iqtisadi xeberler iqtisadiyyat xeberleri emlak xeberleri valyuta mezennesi internetden pul qazanmaq