Kriptovalyuta bazarına da "bahar gəlib" - QİYMƏTLƏR "UÇUR" – MƏBLƏĞLƏR
Dünyanın bank sektorunda böhran narahatlığı, bəzi bankların səhmlərinin ucuzlaşması və investorların ənənəvi alətlərlə bağlı ehtiyatlı davranması ehtiyat variantlarına – qızıla və kriptovalyutalara marağı artırıb.
FED.az xəbər verir ki, son günlər kriptovalyuta bazarında qiymətlər kəskin artmaqdadır.
Əsas kriptovalyuta olan Bitkoin son bir həftədə 28% bahalaşaraq 28 min dollarlıq həddi də keçib.
Ümumilikdə son 3 aya yaxın müddətdə bitkoin 12 min dollara yaxın və ya 70% bahalaşıb. Belə ki, 2022-ci ilin sonunda bitkoinin qiyməti 16,5 min dollar idi, indi isə qiymət 28,2 min dollar olub.
Təkcə son 10 gündə isə bitkoin 8 min dollar bahalaşıb – martın 10-da qiymət 19 995 dollar idi.
Bitkoin kimi olmasa da digər məşhur kriptovalyuta – "Etherium" da bahalaşır. Son bir həftədə 13% artımdan sonra qiymətlər 1784 dollar ətrafındadır. 2022-ci ilin dekabrın sonunda isə qiymət heç 1200 dollarda deyildi – 1198 dollar, o vaxtdan bəri "Etherium" 600 dollar və ya 49% bahalaşıb. Bu müddətdə heç bir alət belə gəlirli olmayıb.
"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut
"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı
Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra zəif bərpa müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik qiymət itkisi yüksək olaraq qalır. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" 79 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,27% ucuzlaşaraq 78 785,49 ABŞ dollarına enib. "Ethereum"
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. "Bitcoin"in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58