Kriptovalyuta bazarında qiymətlərin ciddi enməsinin əsas səbəbləri - AÇIQLANIB

Kriptovalyuta bazarında qiymətlərin ciddi enməsinin əsas səbəbləri - AÇIQLANIBBu ilin iyul ayında kriptovalyuta bazarında mühüm hadisələr baş verib. İyulun 3-dən etibarən bitkoin son 4 ay ərzində ümumilikdə 25 % dəyər itirərək 53 min ABŞ dollarına enib. Bitkoinin bu cür enişi ilə yanaşı, digər altkoinlər də ciddi dəyər itirib.
FED.az xəbər verir ki, kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyevin sözlərinə görə, əsas iki fundamental səbəb olub:
"Birincisi, "Mt. Gox" kriptovalyuta birjasının kompensasiya ödənişləri ilə bağlıdır. 2014-cü ildə iflas edən və dünyanın ilk və ən populyar bitkoin birjalarından biri olan "Mt. Gox"un istifadəçilərinə kompensasiya ödənişlərinin elan edilməsi, kriptovalyuta bazarına təsir edən əsas faktorlardan biridir. "Mt.Gox" haker hücumu nəticəsində 850 min BTC-dən çox itkisi olduğu üçün 2014-cü ilin fevral ayında fəaliyyətini dayandırıb. Bunlardan təxminən 200 min BTC sonradan bərpa edilib. Bu hadisədən sonra 24 mindən çox birja müştərisi vəsaitlərinin geri qaytarılmasını gözləyirdi. Hazırkı vəziyyətdə müştərilərə 142 min bitkoin, 143 min bitkoin "cash" və 69 milyard yapon yen ödəniləcəyi vəd edilib. Bu təzminat ödənişi prosesi Bitbank, SBI VC Trade, Bitstamp, Kraken, BitGo birjaları vasitəsilə həyata keçiriləcək. Bu aktivlərin geri qaytarılması bazarda kütləvi satışlara səbəb olacağı ehtimalını yaradıb və kriptovalyuta bazarında qiymətlərə mənfi təsir göstərib. Bu vəziyyət psixoloji faktora əsaslanır və sadəcə ön satış xəbərinin bazara necə təsir edəcəyinin bir nümunəsidir".
Ekspertin sözlərinə görə, ikinci əsas fundamental səbəb Almaniya hökumətinin bitkoinlərin satışı qərarı ilə bağlıdır: "Almaniya hökumətinin müsadirə edilmiş 38 826 BTC-ni satmaq qərarı, kriptovalyuta bazarına mənfi təsir edən digər əsas amildir. Bu xəbərin "Mt. Gox" birjasının kompensasiya ödənişləri elan edildiyi vaxtla üst-üstə düşməsi, bazardakı panikanı artırıb və qiymətlərin enməsini daha da sürətləndirib".
E.Quliyev bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelin, iyulun 10-da Senatda çıxışı zamanı, bitkoinin yenidən 59 min ABŞ dollarını keçməsinə səbəb olub: "C.Pauel, Bank Komitəsinin dinləmələri zamanı qeyd edib ki, ABŞ iqtisadiyyatı müsbət dinamikada inkişaf edir və əmək bazarı pandemiya dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Onun sözlərinə görə, uçot dərəcələrinin aşağı salınması məsələsi getdikcə daha məcburedici xarakter alır. C.Pauel bildirib ki, son aylarda inflyasiya yaxşılaşır ki, bu da monetar siyasətin yumşaldılması üçün əsas yaradır. Bu, yaxın aylarda faiz dərəcəsinin aşağı endirilməsi ehtimalını artırır. FED-in faiz dərəcəsini endirməsi ilə bitkoin və digər riskli aktivlərin qiyməti qalxacaq".
Nəticə olaraq, onun sözlərinə görə, kriptovalyuta bazarında baş verən bu hadisələr bazarın gələcəkdə necə inkişaf edəcəyinə dair vacib ipucları verir: "Mt. Gox" birjasının kompensasiya ödənişləri və Almaniya hökumətinin satış qərarı, bazarda qısamüddətli panika yaratmış və qiymətlərin enməsinə səbəb olub. Bununla yanaşı, FED-in monetar siyasətindəki dəyişikliklər, bazarda müsbət dinamikanın yenidən yaranmasına səbəb ola bilər. Kriptovalyuta bazarının gələcək perspektivlərini dəyərləndirərkən, bu cür fundamental hadisələri nəzərə almaq vacibdir". (Report)

Kriptovalyuta     Tarix: 12 iyul 2024

Oxşar xəbərlər

Necə oldu ki, "Dow Jones" indeksi rekord vurub - 50 000 həddi keçdi? - DETALLAR

Dünyanın fond bazarlarında əsas birja indeksi sayılan "Dow Jones" indeksi növbəti rekord səviyyəyə yüksəlib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ iqtisadiyyatı və korporativ mənfəətlə bağlı investorları

"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

2026-cı ildə "Bitcoin"in maksimum qiymət - PROQNOZU AÇIQLANDI

"Bitget Research" şirkətinin aparıcı analitiki Rayan Li, Bitcoin-in pik qiymətinin 2026-cı ildə 140 00 dollara çatacağını proqnozlaşdırıb. biznes və maliyyə xəbərləri portalının məlumatına görə, ekspert bildiri

"Bitcoin" yenidən 76 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə artım müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,76% bahalaşaraq 76 383,51 ABŞ dollarına yüksəlib

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"

"Netflix" ənənəvi televiziya bazarına çıxmaq niyyətindədir

"Netflix" fasiləsiz canlı yayımlar vasitəsilə xətti telekanallar və janr kanalları yaratmaq imkanını nəzərdən keçirir. "Pubg" və "Clash of clans" hesabini və bitkoini miras qoymaq olacaq - ÇİND

"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08

Kriptobirjada son durum- kapitallaşma 3 trln. dolları ötüb

Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 2,35% artaraq 3,08 trln. dollar səviyyəsinə yüksəlib. bu barədə "CoinMarketCap" platformasına istinadən xəbər verir. Məlumata görə, bazarın ümum


iqtisadi xeberler leobank kart en son xeberler biznes xeberleri bank faizleri