Ləğv prosesində olan "Günaybank" ASC-nin qorunan əmanətçilərinin diqqətinə

Ləğv prosesində olan ®Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə "Günaybank" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
Diqqətinizə çatdırırıq ki, LPO "Günaybank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş 26.05.2023-cü il tarixdə KİV-lərdə dərc edilmişdir.

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun tələblərinə əsasən LPO "Günaybank" ASC-nin qorunan əmanətçiləri üçün bu müddət 26.05.2024-cü il tarixdə bitir. Bildiririk ki, kompensasiyaların ödənilməsi "Bank Respublika" ASC vasitəsilə həyata keçirilir.
Məlumat üçün bildiririk ki, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə sözügedən bir il müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
Əlavə olaraq qeyd edirik ki, ötən ilin iyun ayının 19-dan cari ilin may ayının 14-dək LPO "Günaybank" ASC-nin 2200 əmanətçisinə 34.248.697 manat ekvivalentində (ümumi kompensasiya öhdəliyinin 97.45%-i) kompensasiya ödənişi həyata keçirilmişdir. / banker.az

Banklar     Tarix: 15 may 2024

Oxşar xəbərlər

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan"

Mərkəzi Bank valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankı rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib. Dəyişikliklər əsasən xaricə edilən avans ödənişləri ilə bağlı tələbləri əhatə edir. xəbər verir ki

"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Inves

"TuranBank"da yeni təyinat olub

"TuranBank" ASC-də yeni kadr dəyişikliyi baş verib. xəbər verir ki, Ramin Qasımov "TuranBank" ASC-nin Risklərin İdarə Edilməsi Departamentinə yeni direktor təyin edilib. O, bu vəzifədə Asif Əzizovu əvə

Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb

"Caspian Finance BOKT" MMC 2025-ci ili 1 milyon 284 min 682 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 377 min 226 manat təşkil etmişdi. Beləliklə, BOKT-un xalis mənfəəti illik müqayisəd

"Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi iyunda yekunlaşacaq

Gələn ayın sonuna qədər "Bank BTB" ASC-nin aktivlərinin və öhdəliklərinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi yekunlaşdırılacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımo

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

 Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə


iqtisadi xeberler bitkoin qiymeti dollar manat kursu bu gunun xeberleri investisiya