Macarıstan şirkəti Şahdəniz layihəsinə iştirakçı kimi daxil olur
Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin daha da artırılması üçün potensial var.
bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib:
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsində önəmli artım var, amma bunun artırılması üçün potelsial var. Danışıqlar zamanı biz hansı istiqamət üzrə əməkdaşlığın artırıla biləcəyini müzakirə etdik", – nazir deyib.
Uzunmüddətli əməkdaşlıq barədə danışan XİN rəhbəri xatırladıb ki, Macarıstanın ən böyük enerji şirkəti olan MOL Azəri-Çıraq-Günəşli layihəsində 9.57%, Bakı-Tbilisi-Ceyhan layihəsində 8.9% paya malikdir.
Nazir xatırladıb ki, Cənubi Qaz Dəhlizi layihəsinin bitməsi ilə Azərbaycan qazı Avropaya bazarına çıxması ilə Macarıstanla danışıqlara başlanıldı və sevindirici hal odur ki, fiziki olaraq Azərbaycan qazı artıq Macarıstana çatır:
"Eyni zamanda biz Macarıstanla birlikdə Həmrəylik həlqəsi deyilən, Avropanın bir çox ölkələrini əhatə edən, daxili boru xətlərinin vahid sistemini yaradan layihədə birlikdə iştirak edirik. Hesab edirik ki, həmin layihənin reallaşması Azərbaycan qazının bir sıra Avropa ölkələrinə daha rahat çatmasına şərait yaradacaq", – C.Bayramov deyib.
XİN rəhbəri vurğulayıb ki, ən son xəbər ondan ibarətdir ki, Macarıstan şirkəti Azərbaycanın ən böyük qaz layihəsi olan Şahdəniz yatağında da iştirakçı qismində olacaq. / banker.az
Azərbaycan xaricdən ət alışını azaldıb
Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə
Azərbaycan böyük həcmli mis ixracına başlayıb
İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı
Külək enerjisinin istehsalı artıb
Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında 73,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. xəbər verir ki, bu 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricisidir. Dövlət Statistika Komitəsinə istinadə
Server çöküb - Saytlar işləmir
Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind
Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır
Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini
1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub
Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,