Mahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandı

Mahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandıİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac icmalı"nın aprel sayına əsasən, 2024-cü ilin I rübü ərzində Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon ABŞ dolları təşkil edib.  2024-cü ilin yanvar-mart ayları ərzində yeyinti məhsulları üzrə ixrac 195,3 milyon ABŞ dollarına bərabər olub.
Marja.az İcmala istinadən xəbər verir ki, 2024-cü ilin üç ayı ərzində pambıq ixracı 47%, meyvə-tərəvəz ixracı 15,3%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 7,2%, üzvi kimyəvi birləşmələrin ixracı isə 2,1% artıb.
Mahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandı2024-cü ilin ilk rübü ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 17,8% artaraq 210,7 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 7,8% artaraq 58,8 milyon ABŞ dolları olub.
2024-cü ilin yanvar-mart ayları ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (56,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (45 milyon ABŞ dolları) ikinci, elektrik enerjisi (40,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 
2024-cü ilin yanvar-mart ayları ərzində Rusiya Federasiyasına 225,5 milyon ABŞ dolları, Türkiyəyə 150,3 milyon ABŞ dolları, Gürcüstana 59,9 milyon ABŞ dolları, Ukraynaya 24,2 milyon ABŞ dolları, Qırğızıstana isə 20,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Cari ilin mart ayının qeyri-neft ixracı 218,7 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 11,5% artımla 58,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 160,5 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (53 milyon ABŞ dolları) ikinci və Gürcüstan (16,9 milyon ABŞ dolları) üçüncü  olub.
2024-cü ilin mart ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (22,9 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (15 milyon ABŞ dolları) ikinci və ilkin formalı polipropilen (12 milyon ABŞ dolları) üçüncü olub.
 "İxrac icmalı"nda göstərilib ki, 2024-cü ilin aprel ayı ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 38,8 milyon ABŞ dolları olub.
Mahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandıMahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandıMahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandıMahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandıMahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandıMahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandıMahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandıMahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandıMahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandıMahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandı

Maliyyə     Tarix: 01 may 2024

Oxşar xəbərlər

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd


iqtisadi xeberler kicik biznes leobank kart telefonla pul qazanmaq biznes ideyalari