Maliyyə Nazirliyi büdcələrin icrasına dair məlumat yaydı

Maliyyə Nazirliyi büdcələrin icrasına dair məlumat yaydıMaliyyə Nazirliyi 2023-cü ilin altı ayı üzrə icmal və dövlət büdcələrinin icrasına dair məlumat yayıb.
Marja.az məlumatı təqdim edir:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Dövlət büdcəsinin gəlir və xərcləri
2023-ci ilin birinci yarımilliyində dövlət büdcəsinin gəlirləri 15479,9 milyon manat, xərcləri 14063,3 milyon manat olmuş, 1416,6 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 147,7 milyon manat və ya 11,6 faiz çoxdur.
Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 128,6 faiz icra edilməklə 12818,9 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz (və ya 3261,4 milyon manat) artım deməkdir.
Dövlət büdcəsinin gəlirləri
2023-cü ilin birinci yarımilliyi üzrə dövlət büdcəsinin gəlirləri 15608,8 milyon manat proqnoza qarşı 15479,9 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 128,9 milyon manat və ya 0,8 faiz az, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 9,0 faiz və ya 1274,4 milyon manat çoxdur.
2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin daxilolmalarının 9181,4 milyon manatı və ya 59,3 faizi vergi daxilolmalarının, 3075,5 milyon manatı və ya 19,9 faizi gömrük rüsumları və idxala vergi daxilolmalarının, 2661,0 milyon manatı və ya 17,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 393,9 milyon manatı və ya 2,5 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 16,0 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 152,1 milyon manatı və ya 1,0 faizi isə sair gəlirlərin payına düşmüşdür.
2023-cü ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin 6 aylıq gəlirləri üçün təsdiq edilmiş proqnozdan vergi daxilolmaları üzrə 1993,0 milyon manat və ya 27,7 faiz çox, gömrük rüsumları və idxala görə vergi daxilolmaları üzrə 705,5 milyon manat və ya 29,8 faiz çox, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərin göstərilməsi  üzrə 92,6 milyon manat və ya 30,7 faiz çox, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 7,1 milyon manat və ya 79,8 faiz çox, sair gəlirlər üzrə 51,9 milyon manat və ya 56,9 faiz çox daxilolmaların  təmin edilməsinə nail olunmuşdur. 
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 5640,0 milyon manat məbləğində transfertə qarşı 2661,0 milyon manat məbləğində transfert daxil olmuşdur. Hesabat dövründə dövlət büdcəsinə vergi, gömrük rüsumları və idxala vergi daxilolmalarında müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan cari ilin birinci yarımilliyi üçün dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 2979,0 milyon manat və ya 52,8 faiz az istifadə olunmasına imkan vermişdir.
2023-cü ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları üzrə 2699,3 milyon manat və ya 41,6 faiz, idxal gömrük vergi və rüsumları üzrə 535,8 milyon manat və ya 21,1 faiz, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 22,4 milyon manat və ya 6,0 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 3,7 milyon manat və ya 30,1 faiz, sair gəlirlər üzrə 0,2 milyon manat və ya 0,1 faiz çox, Dövlət Neft Fondudan transfert üzrə isə 1987,0 milyon manat və ya 42,7 faiz az icra edilmişdir.
Dövlət büdcəsinin qeyri-neft/qaz sektoru üzrə daxilolmaları 2023-cü ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 57,0 faizini təşkil etməklə 8831,2 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 1500,4 milyon manat və ya 20,5 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1374,6 milyon manat və ya 18,4 faiz çoxdur.
2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft/qaz sektoru üzrə daxilolmaların 58,8 faizini və ya 5193,7 milyon manatını vergi daxilolmaları, 34,8 faizini və ya 3075,5 milyon manatını gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,5 faizini və ya 393,9 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 faizini və ya 16,0 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 1,7 faizini və ya 152,1 milyon manatını sair gəlirlər təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 6648,7 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 1629,2 milyon manat və ya 19,7 faiz az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 2979,0 milyon manat az vəsaitin daxil olması ilə əlaqədar), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 100,1 milyon manat və ya 1,5 faiz azdır.
2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 60,0 faizi və ya 3987,7 milyon manatı vergi daxilolmaları, 40,0 faizi və ya 2661,0 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert təşkil edir. Neft-qaz sektoru vergi daxilolmalarının 66,0 faizi  və 2630,4 milyon manatı Şahdəniz qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 24,9 faizi və ya 992,5 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,1 faizi və ya 364,8 milyon manatı Azəri-Çıraq-Günəşli neft yatağı üzrə mənfəət vergisi təşkil edir.
Dövlət büdcəsinin xərcləri
2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 14063,3 milyon manat və ya yarımillik proqnoza qarşı 5,7 faiz çox icra edilmişdir.
2023-cü ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsi xərclərinin 9718,8 milyon manatı və ya 69,1 faizi cari xərclərə, 3913,7 milyon manatı və ya 27,8 faizi əsaslı xərclərə, 430,8 milyon manatı və ya 3,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin funksional təsnifatına görə səhiyyə xərcləri 122,6 faiz icra edilməklə 932,2 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 120,4 faiz icra edilməklə 2120,9 milyon manat, təhsil xərcləri 110,9 faiz icra edilməklə 1956,6 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 110,8 faiz icra edilməklə 1682,9 milyon manat, kənd təsərrüfatı xərcləri 108,9 faiz icra edilməklə 522,3 milyon manat, iqtisadi fəaliyyət xərcləri 105,7 faiz icra edilməklə 2905,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 101,0 faiz icra edilməklə 2147,5 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 100,7 faiz icra edilməklə 1109,2 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 90,5 faiz icra edilməklə 202,7 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 75,6 faiz icra edilməklə 111,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri  57,6 faiz icra edilməklə 80,6 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 55,0 faiz icra edilərək 291,1 milyon manat təşkil etmişdir. 
2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3000,0 milyon manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sənədlər əsasında 65,6 faizi və ya 1967,9 milyon manatı istifadə olunmuşdur.
Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 758,7 milyon manat maliyyələşdirilmə həyata keçirilmişdir ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 28,5 faizinə bərabərdir.
Ehtiyat fondları
2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 129,2 milyon manat (61,7 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan, 67,5 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılmışdır. Həmin ayrılmış vəsaitin 61,3 milyon manatının maliyyələşməsi həyata keçirilmişdir.
Cari ilin ilk altı ayında Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Horadiz-Zəngilan, Neftçala, Salyan və Sabirabad rayonlarında bir sıra avtomobil yollarının əsaslı təmiri və tikintisi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə və həyatını itirmiş şəxslərin ailə üzvlərinə müalicə və psixoloji dəstək xərcləri, İkinci Dünya müharibəsində iştirakla bağlı birdəfəlik maliyyə yardımları, habelə beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili məqsədi ilə istifadə olunmuşdur.
Dövlət büdcəsinin ehtiyat fondundan Türkiyə Respublikasında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı yardımların daşınması və  xilasetmə əməliyyatlarında iştirak xərcləri, "İşğaldan azad ediimiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı"nın formalaşdırılması və bir sıra digər istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi həyata keçirilmişdir.
Məqsədli büdcə fondları üzrə gəlir və xərclərin icrası
2023-cü ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun daxilolmaları 275,9 milyon manat təşkil etmişdir. Ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarı üçün "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun xərcləri üzrə 165,0 milyon manat vəsait istifadə olunmuşdur.
2023-cü ilin yanvar-iyun ayları üzrə "Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu"nun, "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu"nun, "Mineral-xammal bazasının bərpası üzrə dövlət Fondu"nun, "Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondu"nun və "Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu"nun daxilolmaları 16,3 milyon manat, xərcləri isə 1,3 milyon manat təşkil etmişdir.
Dövlət borcu və dövlət borcuna xidmət
01 iyul 2023-cü il tarixinə xarici dövlət borcu 6576,9 milyon ABŞ dolları təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 10,0 faizi həcmində olmuşdur.
Hesabat dövrünə daxili dövlət borcu 4970,3 milyon manat təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 4,5 faizi həcmində olmuşdur. Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat dövrünə dövriyyədə olan dövlət istiqrazlarının 28,5 faizi 1 illik, 54,0 faizi 2 və 3 illik,17,5 faizi isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşür.
2023-cü il 01 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16151,0 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 14,5 faizini təşkil etmişdir.
2023-cü ilin yanvar-iyun aylarında dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 430,8 milyon manat təşkil etmiş və ya dövlət büdcəsinin həmin dövr üzrə ümumi xərclərin 3.1 faizinə bərabər olmuşdur. Sözügedən xərclərin 352,7 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, 78,1 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin payına düşür.
Bununla yanaşı, 2023-cü ilin birinci yarısında xarici dövlət borcu üzrə əsas borc ödənişlərinin 290,8 milyon manatı, daxili dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin 433,3 milyon manatı, ümumilikdə 724,1 milyon manat məbləğində vəsait daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilmişdir. 
İcmal büdcə
2023-cü ilin birinci yarımilliyində icmal büdcənin gəlirləri 26786,8 milyon manat olmuşdur ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8637,1 milyon manat və ya 47,6 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 15711,4 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1368,4 milyon manat və ya 9,5 faiz çoxdur. İcmal büdcədə 11075,4 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
Maliyyə Nazirliyi büdcələrin icrasına dair məlumat yaydıMaliyyə Nazirliyi büdcələrin icrasına dair məlumat yaydıMaliyyə Nazirliyi büdcələrin icrasına dair məlumat yaydıMaliyyə Nazirliyi büdcələrin icrasına dair məlumat yaydıMaliyyə Nazirliyi büdcələrin icrasına dair məlumat yaydıMaliyyə Nazirliyi büdcələrin icrasına dair məlumat yaydıMaliyyə Nazirliyi büdcələrin icrasına dair məlumat yaydı

Maliyyə     Tarix: 15 iyul 2023

Oxşar xəbərlər

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Çərşənbə axşamı günü ABŞ-da statistik məlumatların proqnozların altında dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər ucuzlaşdı. EUR/USD valyuta cütlüyü ötən gün ərzində 1.0523 səviyyəsindən 1.0609 səviyyəsin

Naxçıvan iqtisadiyyatı 1 %-dən çox böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 192 milyon 600 min 100 manat olub. Bu barədə Muxtar Respublikanın Dövlət Statistika komitəsindən "Report"u

Azərbaycanda 48,3 milyard manatlıq alış-veriş - 3,7 FAİZ ARTIB

2024-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 48 milyard 343 milyon manatlıq, o cümlədən 26 milyard 472,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 870,

Dollar/rubl məzənnəsi yaxın iki ildə 121 rubl səviyyəsinə qayıda bilər

Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini üç gün ardıcıl 100 rublda  yuxarı müəyyən edib. Ekspertlər bildiriblər ki, payızın əvvəlindən rubl dollara nisbətdə 11%-dən çox dəyər itirib ki, bu da inflyasiyaya 1,1% əlav

"Yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur" - NAZİR

Azərbaycanda vətəndaşlara yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsa

Azərbaycan iqtisadiyyatı 4,9 faiz artıb

Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-oktyabr aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb. 2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə 103 milyard 495,8 milyon manatlıq və ya əvvəlki ili

"Gələn il büdcədən keçmiş məcburi köçkünlərə 311 milyon manat ayrılacaq"

Azərbaycanda gələn il dövlət büdcəsindən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika v

"Ölkə tarixində 2025-ci ildəki qədər xərclər büdcəsi olmayıb"

"Ölkəmizin tarixində bu səviyyədə xərclər büdcəsi olmayıb. 2021-ci illə müqayisədə 2025-ci il üçün təklif olunan dövlət büdcəsinin xərclər səviyyəsi 50% artım deməkdir". Bunu Milli Məclisin Gənclər və idman, İctima

"Modern Construction Group"dan mayanın böyük hissəsi geri götürüldü

"Modern Construction Group" QSC-nin nizamnamə kapitalı 1 milyon 639 min manat azaldılıb. . xəbər verir ki,  "Modern Construction Group" QSC nizamnamə kapitalının 3 milyon 40 min manata azaldığını ela


iqtisadi xeberler kicik biznes valyuta kurslari leobank kart biznes krediti