Maliyyə Nazirliyi dövlət büdcələrinin icrasına dair məlumat yaydı

Maliyyə Nazirliyi dövlət büdcələrinin icrasına dair məlumat yaydıMaliyyə Nazirliyi 2024-cü ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat yayıb.
Marja.az xəbər verir ki, məlumatda bildirilir: 
Maliyyə Nazirliyi dövlət büdcələrinin icrasına dair məlumat yaydıDövlət büdcəsi
2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 27737,0 milyon manat, xərcləri 25174,3 milyon manat olmuş, 2562,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır. 
Dövlət büdcəsinin gəlirləri
2024-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 27683,6 milyon manat proqnoza qarşı 27737,0 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 53,4 milyon manat və ya 0,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 25,6 faiz və ya 5660,6 milyon manat çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 0,3 faiz çox icra edilməklə 18151,3 milyon manat təşkil etmişdir. 
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin daxilolmalarının 12030,5 milyon manatı və ya 43,4 faizi vergi daxilolmalarının və dövlət rüsumlarının, 9585,7 milyon manatı və ya 34,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 4931,2 milyon manatı və ya 17,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 419,7 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının, 250,0 milyon manatı və ya 0,9 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmalarının, 28,3 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 491,6 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşmüşdür. 
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 197,1 milyon manat və ya 1,7 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 120,9 milyon manat və ya 2,5 faiz, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 0,2 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 3,9 milyon manat və ya 16,0 faiz çox, Mərkəzi Bankdan daxilolma proqnozlaşdırılan səviyyədə, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 79,5 milyon manat, 15,9 faiz və sair gəlirlər üzrə daxilolmalar 189,2 milyon manat, 27,8 faiz az təmin edilmişdir. 
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 57,9 faizini və ya 8409,7 milyon manatını vergi və dövlət rüsumları üzrə daxilolmalar, 33,9 faizini və ya 4931,2 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,9 faizini və ya 419,7 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları, 1,7 faizini və ya 250,0 milyon manatını Mərkəzi Bankın mənfəətindən daxilolmalar, 0,2 faizini və ya 28,3 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 3,4 faizini və ya 491,6 milyon manatını sair daxilolmalar təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13206,5 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 176,1 milyon manat və ya 1,3 faiz az, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4260,3 milyon manat və ya 47,6 faiz çoxdur.
2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 faizi və ya 3620,8 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 72,6 faizi və ya 9585,7 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşmüşdür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 47,8 faizi  və 1729,7 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergiləri üzrə daxilolmalar, 36,8 faizi və ya 1333,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 15,4 faizi və ya 558,0 milyon manatı  "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə mənfəət vergiləri üzrə daxilolmalar təşkil edir.
Dövlət büdcəsinin xərcləri
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.
2024-cü ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 25174,3 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 42,2 milyon manat (0,2 faiz) çox icra edilmişdir. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 63,3 faizini təşkil edir.
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsi xərclərinin 15459,7 milyon manatı və ya 61,4 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 1341,3 milyon manat və ya 9,5 faiz çox), 8419,1 milyon manatı və ya 33,4 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,7 milyon manat və ya 0,4 faiz çox), 1295,5 milyon manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 581,8 milyon manat və ya 1,8 dəfə çox) yönəldilmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında funksional təsnifata uyğun olaraq səhiyyə xərcləri 113,8 faiz icra edilməklə 1405,0 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 104,3 faiz icra edilməklə 3083,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 101,5 faiz icra edilməklə 4509,9 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 108,5 faiz icra edilməklə 3361,1 milyon manat, təhsil xərcləri 97,6 faiz icra edilməklə 2931,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 97,5 faiz icra edilməklə 1941,9 milyon manat, iqtisadi fəaliyyət xərcləri 97,3 faiz icra edilməklə 5592,3 milyon manat, kənd təsərrüfatı xərcləri 87,9 faiz icra edilməklə 665,2 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 86,6 faiz icra edilməklə 215,5 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 83,3 faiz icra edilməklə 316,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 73,0 faiz icra edilməklə 177,0 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 94,8 faiz icra edilməklə 974,6 milyon manat təşkil etmişdir.
2024-cü ilin doqquz ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3137,6 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 61,4 faizi və ya 1728,9 milyon manatı istifadə olunmuşdur.
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1125,2 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1295,5 milyon manatın ödənilməsi təmin edilmişdir.
Ehtiyat fondlarının xərcləri
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 41,5 milyon manat vəsaitin 31,3 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilmişdir. Açılmış maliyyələşmənin 75,4 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə, Bakı şəhərində "Dini Liderlərin Qlobal Sammiti"nin təşkilinə və digər tədbirlərin icrasına sərf olunmuşdur.
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan 82,3 milyon manat vəsait ayrılmış, həmin vəsaitin 58,6 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilmişdir. Açılmış maliyyələşmənin 71,2 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilmişdir. 
İcmal büdcə
2024-cü ilin doqquz ayında icmal büdcənin gəlirləri 37141,5 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 252,7 milyon manat və ya 0,7 faiz çox, xərcləri isə 28472,2 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2573,8 milyon manat və ya 9,9 faiz çoxdur. İcmal büdcədə 8669,3 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.

Maliyyə     Tarix: 16 oktyabr 2024

Oxşar xəbərlər

Azərbaycan ilk rübdə daha çox buğda alıb - 83 MİLYON DOLLAR XARİCƏ GEDİB

2026-cı ilin ilk 3 ayı ərzində (yanvar-mart) Azərbaycana 82 milyon 766 min dollar dəyərində 371 min 802 ton buğda idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir. 2025-ci ili

2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli büdcə çərçivəsi Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib. Ortamüddətli büdcə çərçivəsi Azərbaycan Respublikas

Azərbaycanın idxalının daha sürətli azalması fonunda müsbət saldo artıb

Dövlət Gömrük Komitəsi məlumatlarına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb, lakin müsbət saldo kəskin artıb. xəbər verir ki, 2026-cı ilin ilk iki ayında xarici ticarə

Dolların qiyməti 87 rublu keçib - 2025-ci ilin apreldən bəri bir ilk

Dolların məzənnəsi Forex bazarında 2025-ci ilin aprelindən bəri ilk dəfə 87 rubl həddini keçib. Marja xəbər verir ki, ABŞ valyutası 4,26% bahalaşaraq 87,447 rubl səviyyəsinə yüksəlib. Dollar sonuncu dəfə 87 rubl həddində

Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) palma yağları, palma yağı tərkibli bitki yağları və digər məhsullar üzrə nəzarət və monitorinq tədbirlərini davamlı olaraq, risk əsaslı yanaşma prinsipi çərçivəsind

Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 1 milyard 490 milyon 515 min 800 manat olub. Bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib. VTB-d

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

Rusiya Mərkəzi Bankının Direktorlar Şurası fevralın 13-də keçirilən iclasında əsas faiz dərəcəsini 50 baza bəndi (0,50 faiz bəndi) azaldaraq illik 16%-dən 15,5%-ə endirib. xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatınd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

() InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvetsAz İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə aprelin ikinci həftəsində ABŞ-İran arasındakı atəşkəs fonunda dolla

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Türkiyə Respublikasının Mərkəzi Bankı (TCMB), Yaxın Şərqdə davam edən müharibənin kölgəsində keçirilən iclasda siyasət faiz dərəcəsini sabit saxlamaq qərarı verib. TCMB siyasət faizini 37 faiz səviyyəsində saxlayıb. İqtisadçıla


iqtisadi xeberler online pul qazanmaq depozit faizleri emlak xeberleri avtomobil xeberleri