"Manato"nun vəzifəli şəxsi cərimələndi
Mərkəzi Bank "SF Azerbaijan" BOKT MMC-nin (Manato brendi) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "SF Azerbaijan" BOKT MMC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir.
Qeyd edək ki, 2022-ci ilin sonuna olan məlumata görə, 2021-ci ildə yaradılmış "SF Azerbaijan" BOKT MMC-nin 100% payçısı "AS SUN FINANCE CENTRAL ASIA" olub.
Təşkilat Manato.az ilə sürətli, rahat və sərfəli olan qısamüddətli kreditlər təklif edir. Krediti almaq üçün girov, zamin və ya iş yerindən gəlir haqqında arayış tələb olunmur. Digər bənzər xidmət tədarükçülərindən fərqli olaraq, Manato.az kredit müddətinin uzadılması üçün ödəniş müqabilində kreditin ödənilməsi möhlətini təqdim edir. Bundan başqa, 30 günlük müddətə 50 AZN-dən 1500 AZN-dək istənilən məbləğdə kredit götürmək mümkündür.
Həmçinin oxu
Ən son model ofis mebellərinin ünvanı - "Integro Group"
/ marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İnstaqramda biznes qurmağın yolları