"Marketi tikib içini doldursaq da, İcra Hakimiyyəti açmağa qoymur" - FOTOLAR

Masallı şəhərində supermarket tikdirən sahibkar yerli icra hakimiyyətinin onun fəaliyyətə başlamasına maneə yaratdığını bildirib.
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iş adamı Azər İsmayılov iki il əvvəl Rusiyadan Azərbaycana qayıtdığını və doğulduğu rayona investisiya qoymaq istədiyini bildirib. Lakin o, Masallı şəhərində tikdirdiyi supermarketi istismara verə bilməyib. A.İsmayılov Masallı rayonunun icra başçısı Araz Əhmədovun onun fəaliyyət göstərməsinə süni maneələr yaratdığını iddia edib:
"Pandemiya vaxtı Azərbaycana qayıtdım və dövlət rəhbərliyinin çağırışına uyğun olaraq vətənimdə iş qurmaq qərarına gəldim. Bundan əvvəl bir azərbaycanlı kimi imkanlarım daxilində Ordumuza maddi dəstək etdim, həmçinin şəhid ailəsi və qazi üçün ayrıca ev tikib onlara təqdim etdim. Eyni zamanda, kəndə işıq, yol çəkilməsi və s. kimi xeyriyyə işləri görmüşəm. Bu yaxınlarda Masallı Rayon İcra Hakimiyyətinin təxminən 20 metrliyində qeyri-yaşayış sahəsi alıb, eləcə də əmlak icarəyə götürüb supermarket tikdirdim".
A.İsmayılov əlavə edib ki, tikinti işlərinə Masallının keçmiş icra başçısı Şahin Məmmədovun vaxtında başlayıb, bir neçə ay əvvəl rayonda icra başçısı dəyişdikdən sonra isə yeni başçı Araz Əhmədov ona süni problemlər yaratmağa başlayıb: "Marketin fəaliyyəti üçün bütün lazimi texnikaları alıb, içərisi isə külli miqdarda mallarla doldurduqdan sonra icra hakimiyyətindən nümayəndələr gələrək fəaliyyətimizə mane oldu. İlk olaraq yeni icra başçısının Zamin adlı köməkçisi mənə bildirdi ki, 50 min pul verirlər ki, işi dayandırım və market sökülsün. Mən bununla razılaşmadım. Daha sonra obyektə polis postu qoydurdular, elektrik verilişini dayandırdılar. Nəticədə külli miqdarda məhsul marketdə məhv oldu. "Azərişıq"la danışıb elektrik məsələsini həll etsəm də, hələ də bütün qanuni tələbləri yerinə yetirsəm də, icra hakimiyyəti marketin fəaliyyətə başlamasına imkan vermir".
A.İsmayılov qeyd edib ki, istifadəyə vermək istədiyi obyektin fəaliyyətinin qanunsuz olması ilə bağlı ona hər hansı məhkəmə qərarı da təqdim edilməyib: "Marketin qanunsuz tikilməsi barədə icra hakimiyyəti məhkəməyə müraciət etməyib və iş yerinin açılmamasına dair hər hansı məhkəmə qərarı da yoxdur. Bütün bunlar yeni icra başçısının göstərişi ilə edilir".
Masallı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Abbas Mikayılov  bildirib ki, qeyd edilən supermarketlə bağlı tikintiyə və istismara icazə verən zəruri sənədlər yoxdur: " Bütün bu fəaliyyətlər "Şəhərsalma və Tikinti" Məcəlləsi ilə tənzimlənir. Qeyd edilən ərazidə tikintinin aparılması ilə bağlı zəruri sənədləri mövcud deyil, həmçinin tikilinin layihəsi də aidiyyəti üzrə təqdiq edilməyib. Tamamilə qeyri-qanuni şəkildə tikilmiş bir tikilidir".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev isə bildirib ki, qeyd edilən obyektin qarşısında heç bir polis postu qurulmayıb: "Orada polis əməkdaşları dislokasiya üzrə xidmət aparırlar".

Biznes     Tarix: 18 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb. xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Qlobal artımın, investisiyanı

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib. xəbər verir ki, Azərbaycan  Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarə

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni


iqtisadi xeberler bitkoin qiymeti bank faizleri valyuta mezennesi iqtisadiyyat xeberleri