"Marsol"un partnyoru olan sahibkarlar Özbəkistana işgüzar səfər ediblər

"Marsol" partnyoru olan sahibkarların Özbəkistana işgüzar səfəri baş tutub
FED.az xəbər verir ki, Özbəkistan səfəri Kiçik və Orta Biznesin inkişafı Agentliyi (KOBİA) və "Marsol"un təşkilatçılığı, Globus Travel şirkətinin tərəfdaşlığı ilə 28 sentyabr tarixində start götürüb.
Səfər çərçivəsində bir sıra dövlət qurumları və 100-dən çox özbək iş adamı ilə görüş baş tutub. Bununla yanaşı tur çərçivəsində Özbəkistanın Daşkənd, Buxara, Xivə, Səmərqənd şəhərlərinə gəzinti və işgüzar məqsədli səfərlər təşkil edilib.
Səfərin ilk günü sahibkarlar Daşkənddə baş tutan havalandırma, istilik, suvarma sistemleri, bərpaolunan enerji sahələri üzrə məhsulların sərgiləndiyi "Aquatherm Tashkent 2022" və çap, poliqrafiya, qablaşdırma avadanlıqlarının təqdim edildiyi "O"ZuPACK - O"ZBEKinPRINT 2022" sərgilərini ziyarət edib.
Turun ikinci günü Səmərqənd şəhərinə səfər baş tutub. Səmərqənddə fəaliyyət göstərən "Samarkand Euroasia Textile" şirkətinə istehsalat ekskursiyası təşkil olunub. Şirkətin nümayəndəsi Şöhrət Maksudov sahibkarlara şirkət haqqında məlumat verib. Ardınca istehsal sahəsindəki proseslərlə yaxından tanış olunub.
Daha sonra Səmərqənd şəhərinin tarixi məkanları, həmçinin tarix kitablarında tez-tez qarşımıza çıxan dahi şəxsiyyət - Əmir Teymurun dəfn edildiyi, Orta Asiyanın görkəmli abidələrindən biri olan Gur-Əmir Külliyəsi ziyarət edilib. Ardınca Səmərqəndin məşhur turistik məkanlarından olan "Registan" meydanı gəzilib.
Növbəti səfər Buxara şəhərinə təşkil olunub. 1 oktyabr tarixində Buxarada dövlət qurumları ilə birlikdə nahar edilib. Naharda Özbəkistan dövlət qurumlarından İnvestisiyalar və Xarici Ticarət Departamentinin rəis müavini, "Buxara Aqro" Azad İqtisadi Zonasının rəhbəri Tilloyev Furkat Fərxadoviç, Buxara vilayəti Ticarət və Sənaye Palatasının şöbə müdiri Niyazov Qəni Əliyeviç, Buxara vilayəti üzrə Sahibkarlığın İnkişafı Agentliyinin rəhbəri Amonov Şöhruh Kurbanoviç, Buxara vilayətinin hakimliyində katibliyin müdiri Zoirov Şerzod Mullojonoviç, Məhəlləbəyi İş və Sahibkarlığın İnkişafı Agentliyi üzrə direktor müavini Xalpayev İlxom İslamoviç iştirak edib. Səmimi süfrə ətrafında Özbəkistan sahibkarlığı haqqında müzakirələr aparılıb.
Daha sonra hər iki ölkənin sahibkarlarının iştirakı ilə əməkdaşlığa dair forum keçirilib. Forumda İnvestisiyalar və Xarici Ticarət Departamentinin rəis müavini, "Buxara Aqro" Azad İqtisadi Zonasının rəhbəri Tilloyev Furkat Fərxadoviç çıxış edərək Özbəkistan-Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsini vurğulayıb, eyni zamanda Marsol şirkətinin rəhbəri Tural Mustafayev, Kiçik və Orta Biznes İnkişafı Agentliyinin KOB-ların bazarlara çıxışına dəstək şöbəsinin müdiri Emil Məmmədovun da çıxışı baş tutub. Daha sonra Özbəkistan sahibkarlığı və bazarı haqqında video təqdimat izlənilib.
Ardınca 60-dan çox Özbəkistan iş adamları ilə Marsol partnyoru olan sahibkarlar arasında B2B görüş baş tutub.
Sonra isə sahibkarlarla birlikdə "Medium Inter Prof" şirkətinə istehsalat ziyarəti təşkil edilib, oradakı proseslərlə yaxından tanış olunub.
İstehsalat ziyarətindən sonra "Payil Kolon" meydanı gəzintisi olub. Sonra isə dövlət qurumlarının təşkil etdiyi axşam ziyafətində sahibkarlar qonaq edilib. Turda iştirak edən sahibkarlar ləziz özbək təamlarından dadaraq, dövlət qurumları və iş adamları ilə dostluq və biznes bağını daha da möhkəmləndirib.
Buxara şəhərindən sonra Özbəkistanın qədim şəhərlərindən biri olan Xivə şəhərinə səfər baş tutub. Xivədə 50 tarixi abidənin və 250 köhnə tikilinin yerləşdiyi "Ichan Kale" gəzintisi olub. Xivədən sonra yenidən Daşkənd şəhərinə yola düşülüb.
4 oktyabr tarixində Daşkənddə Ulu Öndərin xatirə büstü ziyarət edilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılaraq, büstü önünə əkli qoyulub.
Daha sonra Daşkənddəki bəzi tarixi abidələrə, məkanlara, muzeylərə ekskursiyalar təşkil olunub.
Axşam saatlarında Özbəkistan Respublikasının Məhəlləbəy ilə İş və Sahibkarlığın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin, Ticarət və Sənaye Palatasının əməkdaşlarının, Biznesin İnkişafı Agentliyi, Azərbaycanın Özbəkistan Səfirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyasının Özbəkistan nümayəndələrinin və Marsol Partnyorlarının iştirakı ilə gözəl bir axşam ziyafəti baş tutub. Özbəkistan iş adamlarının da qatıldığı bu görüşdə Azərbaycan və Özbəkistan biznes münasibətlərinin möhkəmləndirilməsi mövzusunda önəmli müzakirələr aparılıb.
5 oktyabr, səfərin sonuncu günü tur rəhbərilə birlikdə Daşkənd Müstəqillik Meydanı, Şəhidlər Xiyabanı və Şəhidlər parkı gəzintisi baş tutub.
Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının Özbəkistan nümayəndəsi Əli Elvin bəy tur iştirakçılarını nahar yeməyinə dəvət edib. Nahar yeməyindən sonra Daşkənd gəzintisi davam edib. Ən sonda isə Daşkənd Beynəlxalq Hava Limanından Bakıya doğru yola düşülüb.

Biznes     Tarix: 08 oktyabr 2022

Oxşar xəbərlər

Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol şirkəti PAŞA Holding ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bir qrup Şabran məktəblilər

11 milyonluq daha bir şirkət MMC-yə çevrilir 

"Azər Maya İstehsal" QSC (VÖEN: 1505428971) təşkilatı-hüquqi formasını dəyişir. Azərbaycanda 10 milyon manatlıq şirkət – MMC-YƏ ÇEVRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,  QSC çevrilmə şəklind

"JTI" şirkəti Azərbaycanda yeni nəsil "Ploom AURA" cihazını təqdim edir

"JTI Caucasus" şirkəti, ötən il Azərbaycanda uğurla start götürən "Ploom" tütün qızdırma sistemləri xəttinin ən yeni üzvü – "Ploom AURA" cihazının ölkədə rəsmi satışına başlanıldığını elan edir

Şirkət nümayəndəsi vəfat edib - "Şahşərab"ın səhmdarları toplanır

Naxçıvanın Şahbuz rayonunda "Şahşərab" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. biznees və maliyyə xəbərləri portatalı xəbər verir ki, 26 iyul 2026-cı il saat 12.00-da Şahbuz şəhəri, H.Əliye

Rusiyalı milyonçular kapitallarını xaricə çıxarır

Kremlə yaxın oliqarxlar da daxil olmaqla, Rusiyanın milyarderləri iqtisadi vəziyyətin pisləşəcəyi, bank sistemində problemlərin yaranacağı və aktivlərinin dövlətin xeyrinə müsadirə oluna biləcəyi ilə bağlı narahatlıqlar fonund

400 illik pivə şirkəti müflis oldu

Almaniyanın ən qədim pivə şirkətlərindən biri – Cənubi Saksoniyanın Braunşveyq şəhərindəki "Hofbrauhaus Wolters" şirkəti müflisləşdiyini elan edib. biznes və maliyyə xəbərləri portalı "Bild"ə istinadə

"Agro Norm" MMC-nin təsisçiləri şirkətdən ayrılır – 4,4 MİLYON İNVESTİSİYA GERİ ÇƏKİLİR

"Agro Norm" MMC (VÖEN: 150236671) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 min manat dəyərində payın

Azərbaycan-Almaniya Biznes Şurası yaradılır - FOTOLAR

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.   xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mert

ATİB "Hilton Garden Inn Baku Hotel"i ilə əməkdaşlığı genişləndirir - FOTOLAR

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü Hilton Garden Inn Baku Hotelini ziyarət edib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdar


iqtisadi xeberler birbank en son xeberler dollar manat kursu kicik biznes