MDB ölkələri arasında ilk olaraq İFRS 17 standartına keçid edən həyat sığorta şirkəti

MDB ölkələri arasında ilk olaraq İFRS 17 standartına keçid edən həyat sığorta şirkəti(®) Sığorta şirkətlərinin maliyyə hesabatlarının şəffaflığının və müqayisəliliyinin təkmilləşdirilməsi, habelə onların maliyyə vəziyyətinin və fəaliyyətinin nəticələrinin daha dəqiq əks etdirilməsini təmin etmək məqsədilə İFRS 17 standartları ilk dəfə 2017-ci ildə nəşr edilib.
Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası tərəfindən qlobal bazarda sığorta şirkətləri qarşısında vahid və ardıcıl hesabat qaydalarını təmin etmək məqsədilə yeni İFRS 17 sisteminə keçid tələb kimi qoyulmuşdur. 
Azərbaycanda lider həyat sığortası şirkəti olan PAŞA Həyat MDB ölkələri arasında maliyyə hesabatlarını IFRS 17-yə uyğun hazırlayan və dərc edən ilk həyat sığorta şirkətidir. Belə ki, yeni standart tətbiq edilməklə hazırlanmış 2023-cü il üzrə yekun hesabat KPMG beynəlxalq audit şirkəti tərəfindən yoxlanıldıqdan sonra 28 fevral tarixində dərc edilmişdir. 
Daim yeniliklərə və innovativ həllərə açıq olan PAŞA Həyat şirkəti maliyyə hesabatlılığının dünya standartları ilə ayaqlaşaraq bir ilkə imza atmışdır. İFRS 17-ni tətbiq etməklə, PAŞA Həyat öz maliyyə hesabatlarının düzgünlüyünü, ardıcıllığını və müqayisəliliyini təkmilləşdirməyi, maraqlı tərəflərə şirkətin maliyyə göstəriciləri və riskləri barədə daha aydın anlayış təqdim etməyi hədəfləyir. PAŞA Həyat öz fəaliyyətində maliyyə hesabatlarının ən yüksək standartlarının saxlanmasına tam sadiqdir. 
Qeyd edək ki, bu standart ən mürəkkəb standartlardan hesab olunur və onun tətbiqi üzrə işlər uzun müddətdir ki, aparılır. Həyat sığortası şirkətlərinin məhsulları uzunmüddətli olduqda bu standartı belə şirkətlərə tətbiq etmək daha da çətinləşir. Bunu nəzərə alaraq, şirkət 2021-ci ildən başlayaraq tələb olunan keçid tarixindən xeyli əvvəl yeni standart üçün metodologiya hazırlayıb və 2023-cü il ərzində keçid üzrə hazırlıq işləri, proqram təminatının alınması və implementasiyası üzrə işlər həyata keçirilib. Sığorta ehtiyatlarının hesablanmasını tənzimləyən əvvəlki İFRS 4 standartından fərqli olaraq, yeni İFRS 17 standartı sığorta müqavilələrinin tanınması, ölçülməsi və təqdim edilməsini əsaslı şəkildə dəyişdir və gələcək riskləri təfərrüatlı şəkildə nəzərə alan daha vahid və şəffaf yanaşma təmin edir.
Lider sığorta şirkəti – "PAŞA Həyat Sığorta" ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2023-cü il tarixinə şirkətin məcmu aktivləri 687 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "İstehsalatda bədbəxt hadisələrin icbari sığortası", yığım tərkibli "Həyatın yaşam sığortası" məhsullarını təklif edir.  / marja.az

Banklar     Tarix: 19 mart 2024

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler pul qazanmaq bitkoin qiymeti bank faizleri biznes xeberleri