Mədəniyyət xidmətlərinə görə ödənilən ƏDV-nin 50 %-i geri qaytarılacaq

Mədəniyyət xidmətlərinə görə ödənilən ƏDV-nin 50 %-i geri qaytarılacaqAzərbaycanda investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın stimullaşdırılması və vergi yükünün azaldılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində mədəniyyət sektoruna yönəlmiş yeni təşviq mexanizmi iyul ayından tətbiq olunacaq.
"Marja" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, iyulun 1-dən fiziki şəxslər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyət xidmətlərindən nağdsız qaydada istifadə etdikdə, ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 50 %-ni geri ala biləcəklər.
Bu güzəşt artıq bir sıra digər sahələrdə uğurla tətbiq olunan "ƏDV geri al" (cashback) mexanizmi ilə eyni qaydada həyata keçiriləcək. İstehlakçılar bu xidmətlər üzrə ödədikləri nağdsız məbləğlərə dair əldə etdikləri kassa çekləri əsasında ƏDV-nin yarısını geri ala biləcəklər.
Həmin dəyişikliklər Vergi Məcəlləsinin 165.5-ci maddəsinə edilmiş əlavələr əsasında cari ilin əvvəlində təsdiq olunub. Yeni mexanizm mədəniyyət xidmətlərinə çıxış imkanlarını artırmaqla yanaşı, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün rəqabət qabiliyyətinin və şəffaflığın yüksəldilməsinə təkan verəcək. Eyni zamanda, əlavə investisiyaların cəlbi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və mədəniyyət sektorunun daha dayanıqlı inkişafı da əsas hədəflər sırasındadır.
"ƏDV geri al" mexanizminin bu sektora da şamil olunması əhalinin mədəniyyət xidmətlərinə marağının artmasına, uzunmüddətli dövrdə isə qiymətlərin tənzimlənməsi və bazarda sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərəcək. / marja.az

Maliyyə     Tarix: 25 iyun 2025

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı


iqtisadi xeberler iqtisadiyyat xeberleri birbank en son xeberler biznes krediti