"Medinex" və "Beauty Azerbaijan" sərgiləri noyabrda - BAŞLAYACAQ

Noyabrın 3-dən 5-dək Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgiləri keçiriləcək.
FED.az xəbər verir ki, təşkilatçının yaydığı məlumata görə, sərgilər koronavirus pandemiyasının yaratdığı uzun fasilədən sonra yenidən ənənəvi formatda keçiriləcək. Sənaye mütəxəssisləri işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr əldə etmək, aktual məlumatlar əldə etmək və sərfəli müqavilələr bağlamaq üçün iki ildən sonra ilk dəfə yenidən görüşəcəklər.
Medinex - səhiyyə mütəxəssislərini bir araya gətirən biznes platformasıdır. Aparıcı yerli və xarici istehsalçılar və distribyutorlar sərgidə ölkə klinikalarının təkmilləşdirilməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.
Sərginin ekspozisiyası dünyanın 13 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya,  Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, Əlcəzair və digər ölkələrdən 50-dən çox şirkəti birləşdirəcək.
Bu il Medinex 2022 sərgisi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Assosiasiyası (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəal iştirakı və dəstəyi ilə keçirilir.
Zeytun Pharmaceuticals MMC Medinex 2022 sərgisinin Qızıl Sponsorudur. Sərginin sponsorları sırasında AzeriMed və Referans Klinik & Laboratoriya yer alır.
Sərgidə tibbi avadanlıq, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərmanlar, vitaminlər və pəhriz əlavələri, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibbdə informasiya texnologiyaları və s. təqdim olunacaq.
Medinex sərgisi ilə eyni anda gözəllik industriyası sərgisi "Beauty Azerbaijan" keçiriləcək. Sərgi çərçivəsində kosmetologiya və estetik tibb üçün məhsullar, parfümeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq məhsulları, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı və bərbər alətləri və sair kimi sektorlar sərginin ayrılmaz bir hissəsi olacaq.
Hər bir sərgi çərçivəsində müxtəlif işgüzar tədbirlərin keçirilməsi nəzərdə tutulur ki, bu barədə məlumatı rəsmi internet saytından əldə etmək olar. Həmçinin, ənənəvi olaraq, yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşlərinin keçirilməsi planlaşdırılır.
Beləliklə, Medinex və Beauty Azerbaijan sərgiləri sənaye mütəxəssislərini bir platformada bir araya gətirmək, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsətdir.
Sərgilərin təşkilatçısı Caspian Event Organisers şirkətidir.

Biznes     Tarix: 18 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb. xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Qlobal artımın, investisiyanı

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib. xəbər verir ki, Azərbaycan  Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarə

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni


iqtisadi xeberler bitkoin qiymeti bank faizleri valyuta mezennesi iqtisadiyyat xeberleri