Mərkəzi Bank "Açıq bankçılıq" tələbləri açıqladı
Mərkəzi Bankın İdarə Heyətininin 10 dekabr 2024-cü il tarixli 49/3 nömrəli Qərarı ilə "Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər" təsdiq edilib və qərar 21 dekabr 2024-cü il tarixindən qüvvəyə minib.
Müvafiq Tələblər "Açıq bankçılıq" yanaşmasının tətbiqi məqsədilə təsdiq edilib. Belə ki, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 62.7-ci maddəsinə əsasən Mərkəzi Banka operator və ödəniş sistemi iştirakçıları, habelə ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanallarının standartlaşdırılmış, təhlükəsiz və etibarlı fəaliyyətinin təşkil olunması məqsədilə tələblər müəyyən etmək hüququ verilib. Bununla da maliyyə bazarlarında "Açıq bankçılıq" yanaşmasının tətbiqi mümkün olub.
Tələblərdə ödəniş hesabına giriş interfeysi üzrə dəstəklənən xidmətlər, interfeys iştirakçılarının fəaliyyətləri və interfeysin istifadə halları əhatə olunub. İnterfeysdən istifadə hallarına ödəniş hesabı üzrə məlumat, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik və açıq məlumat xidmətləri daxil edilib.
Qəbul olunmuş tələblər ölkəmizin maliyyə bazarlarında innovativ xidmət və məhsulların yaradılması, bununla da maliyyə bazarlarında xidmətlərin əlçatanlığının və səmərəliliyinin artırılması, ölkədə rəqəmsal bankçılıq və maliyyə texnologiyaları üzrə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, "müştəri-bank" münasibətlərinin daha müasir müstəvidə qurulması və nəzarət subyektləri arasında tənzimləmə mühitinin qorunmasına xidmət edəcəkdir. / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10