Mərkəzi Bank bu həftə faiz qərarını verir

Mərkəzi Bank bu həftə faiz qərarını verirAzərbaycan Mərkəzi Bankının İdarə Heyəti 1 may tarixində uçot faiz dərəcəsinə dair 2024-cü ilin üçüncü qərarını verir.
AMB 2023-cü ilin noyabrından ölkədə inflyasiyanın hədəf çərçivəsinə qayıtması ilə faiz dərəcələrini endirməyə başlayıb. 2023-cü ilin noyabrına qədər 9.00 faiz olan bençmark faizləri 2024-cü ilin martına qədər olan iclasların hər birində 25 və 50 baza bəndi endirilməklə 7.50 faizə düşüb. Ümumilikdə faizlər dörd iclasa 150 baza bəndi endirilib.

100 baza bəndi=1 faiz bəndi.
Tənzimləyicinin 2022-2023-cü ildə faizləri yüksəltməsinin səbəbi post-pandemiya və geosiyasi gərginliklər fonunda dünyada yüksələn inflyasiya və bunun ölkəmizə də təsirini azaltmaq olub.
Dünyada və eləcə də Azərbaycanda sakitləşən qiymət artımları ardından Mərkəzi Bank faiz dərəcələrinin parametrlərində yumşalmaya gedib.
Mərkəzi Bank bu həftə faiz qərarını verirFaiz dərəcəsi borc bazarında pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyili isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyil göstərirlər, əllərində olan nağd pulu isə xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir. Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyili güclənir. Çünki əmanətlər üzrə faizlər nağd pulu saxlamağın (bank sektorundan kənarda yığım etməyin) "alternativ xərci"dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Uçot faiz dərəcəsi mərkəzi bankların pul siyasətində bazara təsir edən əsas monetar alət olsa da, hazırki durumda AMB bununla ölkənin maliyyə bazarına güclü təsir edə bilmir. Bununla belə, faiz siyasətinin iqtisadiyyata təsirli olması üçün israrlı addımlar atılmaqdadır.
Mərkəzi Bank faizlə bağlı addım atarkən əsas diqqəti ölkədəki inflyasiyanın hansı trayektoriyada hərəkət etməsinə yönəldərək qərar verir. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycanda mart ayında istehlak qiymətləri indeksi illik 0.4%-ə, orta illik isə 1%-ə düşüb. Bu, Mərkəzi Bankın hədəf çərçivəsindən xeyli aşağıdır. Mərkəzi Bank üçün hədəf 2 faiz və 6 faiz arasıdır. Hazırda uçot faiz dərəcəsi ilə illik inflyasiya arasındakı fərq +7 faizdən çoxdur. Bununla belə, Mərkəzi Bankın özünün də təsdiq etdiyi kimi idxal inflyasiyası da nəzərdən keçirilən amildir. Məsələn, DSK-nin son açıqlamasına görə, 2024-cü ilin ilk iki ayının nəticələrinə əsasən, idxal olunan məhsullar üzrə qiymət indeksləri illik müqayisədə 15.3% təşkil edib. Bu, ilk bir ayda 15.1% idi.
Mərkəzi Bank bu həftə faiz qərarını verirMərkəzi Bank son mart iclasında bildirib ki, monetar siyasətinin yumşaldılması ilə bağlı növbəti qərarlar inflyasiyanın azalma meylinin davamlılığından, xarici və daxili mənşəli təklif və tələb amillərinin dinamikasından asılı olacaqdır. Qeyd olunan risklərin reallaşması halında pul siyasətinin ilin qalan dövründə yumşaldılması üzrə pauzanın götürülməsi imkanlarına baxıla bilər.
Hazırki relyefdə bir neçə iqtisadçının rəyinə əsasən, Azərbaycan Mərkəzi Bankının may iclasında da 0.25 faiz bəndi uçot dərəcəsinin endirimini davam etdirəcəyi gözlənilir.
Keçən iclasda AMB uçot faiz dərəcəsini və faiz dərəcəsinin yuxarı həddini endirsə də, depozit faizi olan aşağı həddi dəyişməz saxladı. Requlyator şərh verərək bunun faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət etdiyini qeyd edib. Əlavə olaraq, Mərkəzi Bank hər həftəyə 65 milyon manatlıq bazardan "pulun yığılmasını" not hərracları ilə davam etdirir.
Digər tərəfdən Mərkəzi Bank monetar siyasətində digər alət olan məcburi ehtiyat normaları üzrə əmsalları yüksək saxlamaqda davam edir. Bunun da nəticəsi olaraq, 1 aprel 2024-cü il tarixinə, məcburi ehtiyat normalarının həcmi 5 milyard 400.9 milyon manat ekvivalentindədir. Bu vəsaitlər MB-də qalır və onlardan kommersiya bankları istifadə edə bilmir. Qeyd edilən MEN-in nə səbəbdən MB-də saxlanılması ilə bağlı öncəki yazılarımızda qeyd etmişik. / banker.az

Banklar     Tarix: 29 aprel 2024

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler dollar manat kursu rubl mezenne online pul qazanmaq pul qazanmaq