Mərkəzi Bank dekabrda "dollar bolluğuna" düşüb, ehtiyatlarını $1 mlrd. artıra bilər

Mərkəzi Bank dekabrda Azərbaycan Mərkəzi Bankının son məlumatlarına görə, hərraclarda əsas valyuta təchizatçısı kimi çıxış edən Azərbaycan Dövlət Neft Fondu 2024-cü ilin ilk 10 ayında ümumilikdə 6 milyard 457.5 milyon dollar dəyərində xarici valyuta satıb.
Banker.az xəbər verir ki, bu satışların böyük hissəsi Dövlət Neft Fondunun payına düşsə də, son iki ayda Mərkəzi Bank valyuta bazarına satışyönlü intervensiya edib.
Nəticədə, son iki ayda AMB-nin xarici valyuta ehtiyatları ardıcıl 424 milyon dollar və 404 milyon dollar, ümumilikdə isə 821 milyon dollar azalmış olub. Beləliklə, xarici valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 645.2 milyon dollar azalaraq 10 milyard 968 milyon dollara düşüb.
2024-cü ilin ilk 9 ayına qədər Mərkəzi Bank xarici valyuta ehtiyatlarını cəmi 183 milyon dollar artıra bilmişdi.Mərkəzi Bank dekabrda Lakin indi bir sıra ekspertlərin diqqəti cari ilin dekabr ayının bağlanışına yönəlib. Dekabr ayında son üç ilə xas hadisələr davam edərsə, Mərkəzi Bank bu "ərimiş" ehtiyatları bərpa etmə potensialını əlində saxlayır.
2022-ci ilin son ayında bazarda bol dollar imkanından yararlanan tənzimləyici valyuta ehtiyatlarını 1 milyard 26.5 milyon dollar, 2023-cü ilin sonunda isə 997.1 milyon dollar artırmışdı.
Neft Fondunun dövlət büdcəsinin qarşısında öhdəliyi 2024-cü ildə 12.8 milyard AZN ($7,5 milyard) nəzərdə tutulub. Yerli ekspert Samir Əliyev düşünür ki, bu vəsaitin 6.5 milyardı artıq satılıb. Büdcə proqnozuna tam əməl edilərsə, sonuncu ayda – dekabrda satılacaq valyutanın həcmi 1 milyard dollar olmalıdır.
"Bu isə bazarda dollar artıqlığı yarada bilər. Belə vəziyyətdə makroiqtisadi sabitliyi qorumaq və Neft Fondunun büdcə qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə dəstək üçün Mərkəzi Bank bazara alışyönlü müdaxilə edərək son iki ayda azalmaqda olan valyuta ehtiyatını artıra bilər. Digər addım kimi büdcəyə transfertin həcminin azaldılması mümkündür", – deyə Samir Əliyev düşünür.
Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsinə dair noyabr iclasında bazardakı satışyönlü iştirakını müdaxilə kimi deyil, dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə etdiyini bildirmişdi.
Mərkəzi Bankın yenilənmiş proqnozlarına görə, cari əməliyyatlar balansında profisitin 2024-cü ildə sonuna 5.3 mlrd. dollar, 2025-ci ilə isə 5.5 mlrd. dollar olacağı gözlənilir.
Son məlumatlara görə, 2024-cü ilin üçüncü rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 73.5 milyard dollar təşkil edib. AMB-nin "Pul siyasəti icmalı"da bildirilir ki, dövr ərzində ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib. Bu da əmtəə və xidmətlərin 35.5 aylıq (təxminən 3 illik) idxalını maliyyələşdirmək üçün kifayətdir.
Mərkəzi Bank dekabrda

Banklar     Tarix: 05 dekabr 2024

Oxşar xəbərlər

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır


iqtisadi xeberler avtomobil xeberleri emlak xeberleri dollar manat kursu bitcoin qiymeti