Mərkəzi Bank əmlak sığortasının nə üçün icbari olduğunu izah etdi - "REAL GÖRÜNMÜR"

Mərkəzi Bank əmlak sığortasının nə üçün icbari olduğunu izah etdi - Bir neçə gün öncə Milli Məclisin deputatı Fazil Mustafa bildirmişdi ki, mənzillərin icbari sığortası bütün hallarda könüllü olmalıdır.
Marja xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev məsələ ilə əlaqədar 
Ziya Əliyev, "Ziya müəllim, əgər elədirsə daşınmaz əmlakın sığortasının könüllü qaydada aparılması niyə gerçəkləşmir? Ölkəmizdə daşınmaz əmlak sığortasının icbariliyi hansı zərurətdən irəli gəlir? sualına belə cavab verirb:
"Daşınmaz əmlakın sığortası mexanizminin az əvvəl izah etdiyimiz faydaları o zaman tam miqyası ilə gerçəkləşmiş olur ki, ölkədə bütün mülkiyyətçilər tərəfindən əmlakın sığortası əldə edilmiş olsun. Daşınmaz əmlakın könüllü qaydada sığortası ilə bu əhatəni təmin etmək gəlin razılaşaq ki, hələ ki, real görünmür. Bu iki fundamental amillə izah oluna bilər. Birincisi, ölkə əhalisinin sovet iqtisadiyyatı keçmişi ilə bağlı yaranmış mental modelidir. Bildiyiniz kimi sovet iqtisadiyyatında bütün mülkiyyət dövlətə məxsus idi, ona görə əmlakla  bağlı risklər də dövlətin üzərində idi. Təbii və təbiətlə bağlı olmayan hadisələr nəticəsində mülkiyyətə dəyən zərərlər dövlət tərəfindən qarşılanırdı. Ona görə də "əmlakımıza dəyən zərərlə bağlı dövlət maliyyə yardımı edəcəkdir" gözləntisi daşınmaz əmlakla bağlı risklərin sığortaya ötürülməsi təcrübəsinin formalaşmasının önünə keçir. İkincisi, sığorta münasibətləri cəmiyyətimiz üçün yenidir, əhalinin mühüm hissəsi əmlakla bağlı sığorta münasibətlərinə daxil olmadığından bu sahədə lazımı məlumatlığa və təcrübəyə malik deyildir. Belə olan halda əhalinin və iş adamlarının könüllü və kütləvi qaydada daşınmaz əmlak sığortasına müraciət etməmələri anlaşılandır. 
Daşınmaz əmlak sığortası qeyri-icbari qaydada aparıldıqda vətəndaşlar və iş adamları arasında bunu edənlər və etməyənlər olacaqdır. İndi təsəvvür edək ki, təbii və ya təbiətlə bağlı olmayan hadisələr nəticəsində vətəndaşlar və iş adamları zərərlə üzləşmişlər. Sığorta olunan əmlaklara görə sahiblərinə sığorta ödənişi verilir və zərərlər kompensasiya olunur. Sığorta olunmayan əmlakların sahibləri isə yardım üçün dövlətə müraciət edir. Dövlət də büdcəyə ödənilən vergilər hesabına həmin zərərləri ödəyir. Həmin vergilərin bir hissəsi də əmlakını sığorta etmiş vətəndaşlar və iş adamları tərəfindən ödənilir. Bu sosial ədalət prinsipindən yayınmaya səbəb olur. Çünki, əmlakını sığorta edənlər həm sığorta haqqının yükünü, həm də sığortası olmayanların zərərlərinin kompensasiyası yükünü daşımış olurlar.   
Ona görə də daşınmaz əmlak sığortasının kütləviliyinə, onun tam penetrasiyasına nail olmaq üçün xüsusilə ilkin dövrlərdə onun icbari xarakter daşıması məqsədəuyğun hesab olunmuşdur. Təbii ki, istənilən qanunvericiliyin tələblərinin pozulmasında olduğu kimi, daşınmaz əmlakın sığortasının əldə edilməməsinə görə də cərimə mexanizmləri nəzərdə tutulmuşdur.    
Eyni zamanda qeyd edim ki, qanunveriiclikdə təbii fəlakətlər zamanı sığortasız yaşayış və qeyri yaşayış sahələrinə ziyan dəydikdə sadəcə zərər məbləğinin 20%-dək hissəsi dövlət tərəfindən qarşılanır. Bu daşınmaz əmlakın sığortasını daha da vacib edir. Ona görə də təbii fəlakətlər zamanı yaranmış itkilərin kompensasiyasında dövlətin dəstəyini tam əldə etmək üçün daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin əldə edilməsi vacibdir. 
Bir məsələni də mütləq qeyd etməliyik ki, aztəminatlı ailələrə məxsus daşınmaz əmlakların sığorta haqqı dövlət büdcəsindən ödənilir. Burada məqsəd gəlir səviyyəsindən asılı olmayaraq bütün vətəndaşların daşınmaz əmlaklarının sığorta təminatını təşkil etməkdir". 
Həmçinin oxu
"Daşınmaz əmlakın icbari sığortası dövlətin və əhalinin maliyyə yükünü azaldır"
Mərkəzi Bank əmlak sığortasının nə üçün icbari olduğunu izah etdi - / marja.az

Banklar     Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir


iqtisadi xeberler dollar mezenne bitcoin biznes ideyalari bitkoin