Mərkəzi Bank ən çox istifadə olunan fırıldaqçılıq metodlarını açıqlayıb

Mərkəzi Bank ən çox istifadə olunan fırıldaqçılıq metodlarını açıqlayıbAzərbaycanda son vaxtlar fırıldaqçıların ən çox istifadə etdiyi metodlar – dəyərli mükafat vəd edən kampaniyalarda, lotereyalarda iştirakla bağlı saxta elanların paylaşılması, qısa zamanda yüksək gəlir vəd edən, piramida sxeminə əsaslanan investisiya əməliyyatlarına vəsait yatırılması və ya internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunmasıdır.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
"Bu kimi hallarla qarşılaşılan zaman kart məlumatları, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olan şifrələr heç bir halda qarşı tərəfə bildirilməməlidir. Nəzərə alınmalıdır ki, bank əməkdaşları sözügedən həssas məlumatları heç bir halda kart sahibindən sorğulamır. Qeyd olunan məlumatların açıqlanması nəticəsində ödəniş kartında olan vəsaitlər fırıldaqçılar tərəfindən oğurlana bilər", – deyə məlumatda qeyd olunub.
"Bank sektorunda təqdim edilən xidmətlərin əlçatanlığının genişləndirilməsi üzrə həyata keçirilən rəqəmsallaşma təşəbbüsləri öz növbəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri formalaşdırmaqdadır. Bu xüsusda, banklar tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə təhdidlərin qarşısının alınması məqsədilə müvafiq infrastrukturlar tətbiq edilir, eyni zamanda həssas ödəniş məlumatlarının mühafizəsi məqsədilə müştərilərin təlimatlandırılması və maarifləndirilməsi üzrə tədbirlər həyata keçirilir.
Bu çərçivədə istifadəçi məlumatlılığının artırılması məqsədilə televiziya kanallarında və sosial şəbəkələrdə maarifləndirici videoçarxlar da paylaşılır. Həmçinin kiberdələduzluq və fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə aparılan fəaliyyət AMB, banklar və aidiyyəti dövlət orqanları ilə birgə sıx koordinasiya şəraitində həyata keçirilir", – deyə AMB bəyan edib. / banker.az

Banklar     Tarix: 15 mart 2024

Oxşar xəbərlər

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarə

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın


iqtisadi xeberler bitcoin qiymeti bank faizleri online pul qazanmaq leobank kart