Mərkəzi Bank iri banka maliyyə sanksiyası tətbiq edib
Azərbaycan Mərkəzi Bankı "Paşa Bank" ASC-yə maliyyə sanksiyasının tətbiq olunması haqda məlumat yayıb.
Marja.az xəbər verir məlumatda bildirilir:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Bank sistemində izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normalarından istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna (Qanun) əsasən, Mərkəzi Bankın "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması" Qaydası (Qayda) ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatları Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.
15.12.2023 – 14.01.2024-cü il tarixlərini əhatə edən saxlama dövründə "Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti xarici valyuta ilə məcburi ehtiyatları tələb olunan normaya uyğun təmin etmədiyinə görə Qanunun 32-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən "PAŞA Bank" ASC-yə qarşı 3108.98 manat (üç min yüz səkkiz manat doxsan səkkiz qəpik) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
Bill Qeyts kimdir?
Dropshipping nədir?
Bitcoin necə işləyir?
Cash Back nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər