Mərkəzi Bank "KorpON" şirkətini "PAŞA Bank" ödəniş agenti kimi təsdiqlədi

Mərkəzi Bank Azərbaycan Mərkəzi Bankı "KorpON" MMC-ni "PAŞA Bank" ASC-nin rəsmi ödəniş agenti statusu ilə təsdiqləyib.
Banker.az AMB-yə istinadən xəbər verir ki, tənzimləyici banklar arasında ilk dəfə bank ödəniş agentini təsdiqləyib.
Ödəniş agenti – bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağladığı müqavilə əsasında onun adından ödəniş xidmətlərini göstərən hüquqi və ya fiziki şəxs hesab olunur. Bu fəaliyyət ödənişlərin qəbulundan nağdlaşdırılmasına qədər geniş xidmət spektrini əhatə edir.
Qeyd edək ki, Mərkəzi Bank nəzarət subyektləri və ödəniş agentlərinin reyestrini aparır və həmin reyestr ictimaiyyət üçün açıqdır. Reyestrdə agentlərin adı, hüquqi ünvanı, rəhbər şəxsləri, fəaliyyət növləri və lisenziyalar barədə məlumat əks olunur.
2021-ci ildə yaradılmış "KorpON" MMC əsasən hüquqi və fiziki şəxslərin iri həcmli nağd ödəniş və inkassasiya proseslərini optimallaşdırmaq məqsədi ilə fəaliyyət göstərir. Şirkət eyniadlı "KorpON" ticarət nişanı ilə tanınır və Bakıda 50-dən çox ünvanda – o cümlədən "PAŞA Bank"ın filiallarında, eləcə də "Bravo", "Araz", "Grand", "Rahat", "Bazarstore", "Bolmart" supermarketlərində və "Gənclik Mall" ticarət mərkəzində öz terminalları vasitəsilə xidmət göstərir.
Bununla yanaşı, "KorpON" yalnız ödənişlərin toplanması ilə deyil, həm də müştərilər üçün nağd vəsaitlərin sığortalı şəkildə inkassasiyasını həyata keçirir.
Hal-hazırda, yalnız "PASHA Bank" müştəriləri KorpON terminallarından istifadə edə bilərlər. Digər bankların da inteqrasiya prosesi davam edir. Üç il öncə isə "Yelo Bank" və "Xalq Bank" açıqlamışdı ki, bütün müştəriləri "KorpOn" terminalları vasitəsilə hesaba mədaxil əməliyyatlarını həyata keçirə bilərlər.

Banklar     Tarix: 05 iyul 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq