Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Azərbaycan Respublikasının Mərkəzi Bankı mövcud qanunvericilik, eləcə də "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində bank olmayan kredit təşkilatlarına nəzarətlə bağlı zəruri tədbirlərini davam etdirir.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığ press-relizdə bildirilir.
Qeyd edilib ki, "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununun (Qanun) 25.1.1-ci maddəsinə müvafiq olaraq, "E-Kredit Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13.05.2026-cı il tarixli Qərarı ilə "E-Kredit Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 24.07.2024-cü il tarixli, BKT-48 nömrəli müvafiq lisenziyası təşkilatın könüllü müraciəti əsasında ləğv edilib.
Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Qeyd edək ki, "E-Kredit Bank olmayan kredit təşkilatı" MMC "Naxçıvanbank" ASC-nin BOKT-a çevrilməsi çərçivəsində yaradılmışdır.
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2024-cü il 24 iyul tarixli Qərarı ilə "Naxçıvanbank" ASC-nin müraciəti əsasında "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də "Bankların yenidən təşkili haqqında Qaydalar"a (Qaydalar) müvafiq olaraq "Naxçıvanbank" ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilmiş, "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən "E-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-yə (BOKT) kreditlərin verilməsi üçün lisenziya verilmişdi. / marja.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət