Mərkəzi Bank: Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır
Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır.
Bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın bu istiqamətdə əsas mandatı siyasət və nəzarət çərçivəsində rəqəmsallaşma və süni intellekt sahəsində zəruri minimum tələblərin formalaşdırılmasıdır: "Bu məqsədlə ötən il informasiya texnologiyalarının idarə olunması ilə bağlı tövsiyələr bazar iştirakçılarına təqdim edilib. Cari ildə həmin sənədin bir hissəsi qayda kimi təsdiqlənəcək. Hazırda rəqəmsal inkişafı dəstəkləyəcək əlavə normativ sənədlərin hazırlanması istiqamətində işlər davam etdirilir. Bu sahədə ən vacib istiqamətlərdən biri ekosistemin inkişafına xidmət edən platformalardır. Açıq bankçılıq, Ani Ödənişlər Sistemi və innovasiyaların təşviqinə yönəlmiş xüsusi tənzimləmə rejimi strateji prioritetlər sırasındadır".
O vurğulayıb ki, maliyyə sektorunun inkişafı üzrə 2024–2026-cı illəri əhatə edən strategiyanın icrasının son ilidir: "Növbəti altı ay ərzində bu strategiyanın uğurla tamamlanması nəzərdə tutulur. Paralel olaraq artıq 2027–2030-cu illəri əhatə edəcək yeni strategiya hazırlanır və burada rəqəmsallaşma, eləcə də süni intellektlə bağlı bir sıra təşəbbüslərin əksini tapması planlaşdırılır. Bununla yanaşı, eyni dövrü əhatə edəcək maliyyə sektorunun rəqəmsal inkişafı üzrə dövlət proqramı üzərində də iş aparılır. Digər dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində maliyyə sektorunun rəqəmsal transformasiyasını sürətləndirəcək tədbirlər və təşəbbüslər müəyyənləşdirilir. İlin sonunadək bu istiqamətdə əsas prioritetlərin formalaşdırılması gözlənilir".
© "Report"

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?