Mərkəzi Bank myGov platformasındakı qurumlar siyahısına əlavə olunub
Mərkəzi Bank myGov platformasında vətəndaşlara xidmət göstərən qurumlar siyahısına əlavə olunub.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən platforma üzərindən elektron müraciətlərin qəbul olunması imkanının yaradılması bu istiqamətdə növbəti mühüm təşəbbüsə çevrilib.
Qeyd edək ki, Azərbaycan Respublikasında rəqəmsal hökumət quruculuğunun mühüm tərkib hissələrindən biri olan və geniş istifadəçi auditoriyasına malik myGov (my.gov.az) platforması vətəndaşlara dövlət və özəl sektor xidmətlərinə vahid pəncərə prinsipi əsasında rahat və operativ çıxış imkanı yaradır.
Artıq vətəndaşlar myGov veb-səhifəsində müvafiq siyahıdan Mərkəzi Bankı seçməklə, müraciətlərini onlayn qaydada Banka ünvanlaya bilərlər.
Xatırladaq ki, vətəndaşlara müraciətlərini Mərkəzi Bankın rəsmi veb-səhifəsi (cbar.az) üzərindən onlayn qaydada ünvanlamaq, həmçinin 966 Qaynar xəttinə zəng etməklə sorğularının qeydə alınmasını təmin etmək imkanı da təqdim olunur.

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?